Whatsapp haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 201
Səs ver:
(səs: 2)
800 milyon istifadəçisi olan mesajlaşma proqramı olan Whatsapp son zamanların ən məşhur tətbiqidir. Çoxlarının Whatsapp haqqında bilmədiyi 10 özəlliyi sizə təqdim edirik:

İki Whatsapp istifadə edin
Əgər iki sim karta sahib telefon istifadə edirsinizsə, o zaman hər iki sim kartınıza Whatsapp Messenger-i yükləyə bilərsiniz. Bunun üçün Google Play-dən SwicthMe tətbiqini yükləməyiniz kifayətdir.

Whatsapp-ı pulsuz olaraq istifadə edin
Əgər Whatsapp-ı həmişə pulsuz istifadə etmək istəsəniz, o zaman telefon hesabınızı silib, yeni istifadəçi kimi Whatsapp-dan qeydiyyatdan keçirsiniz.

Silinən mesajları geri gətirin
Whatsapp-ı silib yenidən yüklədiyinizdə, proqram mesajları geri qaytarmaq istəyib istəmədiyinizi soruşur. Səhvən silinən Whatsapp mesajlarını geri qaytarmaq üçün bu yoldan istifadə edə bilərsiniz.

Whatsapp-ı kompüterdə istifadə edin
Whatsapp-ı kompüterinizə yükləmək üçün Whatsapp-ın rəsmi saytındakı QR kodunu ağıllı telefonunuza göstərməyiniz kifayətdir.

Avtomatik video və şəkil yükləməyi dayandırın
Video və şəkilləri avtomatik yükləmək istəmirsinizsə, tənzimləmələr bölməsində Söhbət tənzimləmələri menyusuna girib "Medianı avtomatik yüklə" bölməsində hamısını yox olaraq işərələyin.

"Son görülmə vaxtı"nı gizlətmək
"Son görünmə vaxtı"nı gizlətmək üçün Tənzimləmələr/Hesab/Gizlilik bu bölmələrə daxil olub son görülmə vaxtını bağlayın.

Nömrə dəyişmə
Tənzimləmələr/Hesab/Nömrəni dəyişdir bölmələrinə daxil olaraq Whatsapp nömrənizi dəyişə bilərsiniz.

Qrup mesajlarının səsini almaq
Qrup mesajlarının səsini almaq istəsəniz mesaj qutusunda olan qrup məlumatları bölməsində mesajları səssizə ala bilərsiniz.

Whatsapp qısa yolunu yaratmaq
Bir nəfəri daha çox istifadə olunanlara əlavə etmək üçün mesajın üstünə klikləyərək "söhbət qısa yolunu əlavə et" variantını seçirsiniz.

Saxta Whatsapp söhbətləri
Hələki Android əməliyyat sistemində olan telefonlarda istifadə olunan Whatsaid tətbiqindən istifadə edərək saxta söhbətlər yarada bilərsiniz.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 3 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri