Həyatım bir kompyuter olsaydı…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 193
Səs ver:
(səs: 2)

alt

 

Həyatım bir kompyuter olsaydı, onu formatlayardım zaman-zaman…

Həyatım bir kompyuter olsaydı, silərdim yaddaşındakı lazımsız şeyləri

Həyatım bir kompyuter olsaydı, D diskinə də salmazdım heç nəyi…

Həyatım bir kompyuter olsaydı, onda tez-tez dəyişikliklər edərdim…

Həyatım bir kompyuter olsaydı, fonunun dəyişər,hər gün bir yeni fon qoyardım monitora

Həyatım kompyuter olsaydı, cəmi 4 qovluq yaradardım: ”Yaşadıqlarım”, ”Yaşamağa məcbur olduqlarım”, ”Yaşayacaqlarım” və  “Yaşamım”… 

Həyatım bir kompyuter olsaydı, arxivə saldığım materialları tez-tez açıb oxumazdım

Həyatım bir kompyuter olsaydı, onun qarşısında saatlarla oturmazdım… Tez bezərdim,usanardım..

Həyatım bir kompyuter olsaydı, çətin gələrdi mənə ondakı materialları oxumaq… Səthi baxıb keçərdim… Həmin anları xatırlamayım deyə…

Həyatım bir kompyuter olsaydı, ondakı bəzi materialları şifrələyərdim… başqaları oxuyub düşündüklərimə tənə etməsin deyə…

Həyatım bir kompyuter olsaydı, bütün yazıları yaddaşa almazdım müəyyən zaman keçdikdən sonra onlara düzəliş etmək lazım gəlməsin deyə…

Həyatım bir kompyuter olsaydı, hər səhv etdiyimdə  Ctrl+Z düyməsini sıxıb evvəl etdiyim səhvləri bir daha təkrarlamazdım

Həyatım bir kompyuter olsaydı, hər istəmədiyim səhifəni məcburən açmazdım, təsadüfən əlim dəyib açılsa belə, Alt+F4 düymələrini sıxıb  tez bağlayardım…

Həyatım bir kompyuter olsaydı, gözəl günlərin xatirələri olan səhifələri saatlarla oxumaqdan yorulmazdım…

Həyatım bir kompyuter olsaydı, ən çox material olan hansı qovluq olardı bilmirəm, amma ən maraqlısı və intizarla oxumağa can atdığım yəqin ki “Yaşayacaqlarım”qovluğu olardı… Həmin qovluğa gözəl materilları daxil edərdim…

Həyatım bir kompyuter olsaydı, onu formatlayardımmı zaman-zaman? Bəs onu formatladıqdan sonra belə yaddaşında nələrinsə qalmasını istəyərdimmi görəsən??? Bilmirəm… Bir onu istəyərdim ki, kaş həyatım bir  kompyuter olaydı…

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri