Boz şəhər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 010
Səs ver:
(səs: 2)
"Hər sabah bir ümiddir” bu  dörd sözlük cümlə bizi ayaqda saxlamaq Üçün deyilən ən sehirli cümlədir bəlkə. Bu cümlədə elə bir potensial varki, ən çıxılmaz vəziyyətlərimizdə ən dönməz yollarımızda bizə güc verə bilir, ən dözülməz ağrılarımıza məlhəm ola bilir. bilmirəm bunun səbəbi uşaqlığımızda qulaq asdığımız nağıllardı ,ya dinlədiyimiz mahnıların nəqarətidi yada günəşin göz qamaşdıran şəfəqləridi bunların hansı daha yaxşı səbədi bunu deyə bilmirəm amma bunu dəqiq bilirəmki hər birimizin ürəyindəki o balaca uşaq inanır ki,yatıb durunca bütün dərdlər  uçub gədəcək və biz birdən birə daha xoşbəxt olacağıq. Amma təsəəsüf ki, həmişə belə olmur həyat həmişə bizim düşündüyümüz kimi xoşniyyətli olmur bizi yıxılanda əlimizdən tutub ayağa qaldırmaq əvəzinə bəzən üzü üstə daha bərk itəliyir və bizim çox ümid bəslədiyimiz sabahlarımız bizə kömək edə bilmir yada kömək etmək  istəmir. Bax belə bəzən güvəndiyimiz bütün dağlara qar yağır. Amma mənim yazmaq istədiyim nə ümiddir nədə həyat. Bu səfər yazdıqlarım boz şəhərin  yorucu sabahlarıdır.  Bəli Bakı bu səfər yazacağım mövzüm sənin bir birinin ardınca gələn səsli-küylü sabahlarındı. O sabahlarki bəzən ümidlərimizi diri diri qəbirə qoyur o sabahlarınki içimizdəki uşağın qatilidi o sabahlarınki hər dəfə məsumluğumuzu oğurlayır bizdən.Bunun üçün gündüzlərini sevmirəm Bakı! Bu gündüzlərdə səndə tapdıqlarımı,səndə itirdiklərimi,axtardıqlarımı,mənə verdiklərini,məndən aldıqlarını unutmadım unutmayacam. hər gün rastlaşdığım qarderobundan paltar seçirmiş kimi maska seçib taxan küçələrindəki saxta səmimiyyəti sevmirəm. Kukla kimi eyni davranan standart insanlarını sevmirəm. Küləklər şəhəri Amma yağışa həsrət qalan Bakı  artıq yagışdan sonraki o torpaq ətrini duymuram səndə. Elə bil ki, günəşdə səndən küsüb daha səndə göyqurşaqlarina rast gəlmirəm.Hər səhər yeni bir dərs verəcəkmiş kimi məni oyadan sabahlarınıda , günəşlə  oyanan pisliklərinidə,özunlə birgə yataqdan qalxan  aktyorlarla dolu  səhnənidə seve bilmirəm.. Böyük şəhər, səndən də  böyük dərdlərindəndə  səmimiyyətsiz səmiyyətlərindəndə bezmişəm.Səndə hamı kimi hər səhər bir paltar  geyirsən  həmdə sənə heç yaraşmayan   səni əzəmətli yenilməz göstərən amma səndəki bütün yaxşılıqları əlindən alıb aparan paltar. bütün bunlara baxmayaq Bəs hələdə səni sevməyimə səbəb nədi?  Bax birdə gecələrin var ruhumuzun  ən iç yerlərindəki sarı simi tərpədən bütün pisliklərin yuxuya getdiyi o gecələrin var.i sənində o bom-boz paltarını çıxardığın bütün çılpaqlığınla saflığınla qaldığın gecələrin. bax o gecələrdə  gələn ətri sənin heç bir gündüzün dünyanın heç bir ölkəsi şəhəri əvəz edə bilməz. o gəcələrinki  gündüzlər hər şeyə meydan oxuyan danıışan gülən gecələr isə  yatağında çarəsizcə aglayan insanlar kimi məsum olduğun gecələr.  bütün işiqların söndüyü ama saflığın işığıyla yanan yollarının bom-boş olubda  əslində hüzürla dolu gecələrin Bax səndə bunu sevirəm. qanadlarını bizim üstümuzə çəkib özünün heç yatmadığın  gecələrdə səni seyr etməyi , səhərə qədər gözləməyi bu məsumiyyəti axıra ovucumda saxlamağı sevirəm. Yalan gülüşlərin yerinə  həqiqi kədərlərin yaşandığı, Ayın darıxıb bədirləndiyi ürəyindəki alovuyla işıqlandırdığı ulduzların aglayıb göz yaşlarıyla islatdığı gecələrini sevirəm. Və səhərdən heç nə gozləmədiyim halda içimdə yaratdığın o ümidi sevirəm.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri