Başqasını yaşatmaq daha gözəl olurmuş…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 713
Səs ver:
(səs: 0)

Başqasını yaşatmaq daha gözəl olurmuş
Yaşamağın özündən...
Bəli...könlünün çılğın duyğularıyla Onu yaşadırsan və O olursan...xoşbəxt olursan öz dünyanda... O xoşbəxtliyin adı sevgi, onun adı məhəbbətdir...Bəs nədir məhəbbət? Kimdir aşiq?

Məhəbbət - emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət - müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi, əsasən beynin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.

İnsanlar arasında emosional münasibətlərin yaranması üçün nələr lazımdır?

Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin bir-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, bir-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Burada, həmçinin, ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.

Məhəbbət psixi sindrom kimidir...

Ümumi halda, təbabətdə məhəbbət - xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də, onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir (bir sıra hallarda bunları məhdudlaşdırmaqla).

Sən aşiqsən, dostum...

Beyində olan məhəbbət sindromunu, yəni fərdin sevib-sevmədiyini aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:

- Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
- Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məsələn, onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir);
- Onun emosional halı ona daha tez sirayət edir (məsələn, onun şən halında sevinir, kədərlənəndə qəmlənir);
- Onun yanında özünün yalnız yaxşı (onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;
- Onun yanında açıq tipli jestlərdən daha çox istifadə edir (məsələn, söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);
- Fikirlərinin çox hissəsini o məşğul edir, o cümlədən, onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər onun özünə və istərsə də ətrafdakılara);
- Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;
- Onun fikirlərinə avtoritet kimi inanır və ona etimad göstərir, onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;
- Uzun müddət xəyalında canlandırdığından, onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
- Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məsələn, zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
- Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;
- Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.


Sevinc Fədai

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri