Sevgi yoxsa Mentalitet

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 378
Səs ver:
(səs: 1)

Peşmançılıq... əslində bu özü də çox nisbidir. Bir addım ata bilərsən. Bu an səni xoşbəxt edər. Amma qısa bir zaman lazımdır ki peşmançılıq deyilən hiss yenidən özünü göstərir. Bəs nə etməli. Heç nə peşmançılıq nisbi hisdir. Hind filmləri ilə arası olmayanlardanam. Amma baxdığım bir film var ki, bütün fikrimi dəyişdi. Film mövzusun qısaca yada salım. Standart başlanğıc. Iki düşman ailə. Bir ailənin qızı düşman ailədən olan ailənin illər sonra təhsilini tamamlayıb qayıtmış oğluna vurulur. Hələ ki hər şey normal. Və bingo..) Mərdiməzar işə düşdü. Qızı tanış ailənin halal süd əmmiş oğluna vermək istəyirlər. Sözün əsl mənasında vermək. Mal satar kimi. Indi bir neçə cümləlik mövzunu və ölkəni dəyişib bura Azərbaycana qayıdaq. Mal satar kimi qız vermək. Hər ünsür necə də uyğundu. Qızın dəyəri-saxta tərbiyə, yalançı hörmət və sonradan düşəcək maskası ilə. Başa-baş dəyişdirilir: ali təhsili, işi, maşını, evi olan oğlan... Qız: ona heç nə olmaz, nə sevgili, nə azad geyim, nə azad danışıq. O ağır olmalı, sakit durmalı, yerin bilməli.
Oğlan: ona hər şey olar. Axı o, düşman çəpəridir. Yaxşı, yenə ölkəni dəyişək və Azərbaycandan çıxaq. Uzaq Hindistana yox hansısa bir Avropa ölkəsinə. Və qısa müqayisə. Indi soruşsan çox gənc mintalitetə mənasızlıq kimi baxır. Aha bura qədər yaxşı. Bəs niyə sevgilin yoxdu deyə soruşanda? Yenə lent başa qayıtdı. Müqayisə: filan Avropa ölkəsində oğlan ilə qız sevgilidilər. Indi onların fikrində 1, 2, 3 ay fırladıb ataram sözü yoxdu. Sevgilimdi. Nə qədər olar olar. Qayıdaq "odlar" yurduna. Qızdı da 1-2 ay fırladaram. Belədi ki, yaxşı qız oğlanla danışmaz. Sual olunur. Niyə? Yenə müqayisə: Avropa ölkəsi.. Oğlanın düşüncələrində qız yalnız ona məxsusdu, o da qıza. Qız oğlanın azadlığı, sərbəstliyi, xoşbəxtliyi hər şeyidir. Bu çox güman ki qız üçün də eynidir. Qayıdaq "koroğlular" yurduna. Oğlan: ala qız istəyir quş olsun, istəyir bayquş. Məni ilə fırlanırsa, mən dediyim kimi olacaq. Nə qısa geyinəcək, nə məndən xəbərsiz çölə bayıra çıxacaq. Məncə o qıza da 1-2 ay fırlanacağı oğlanın hamballığı ləzzət eləməz. Sevgi əbədidir deyirik.

Face səhifəmizə göz yaşı, burun suyu dolu sevgi statusları yazıb əks hücuma keçirik. Bəs onda əbədi sevgi nədir ki, hamı danışır amma heç kim bilmir. Bəlkə biz səhv yerdə axtarırıq? Nəysə qayıdaq Hindistana. Qız oğlanın ("sevdiyi" oğlanın) yanına qaçır. Olanları danışır. Onu qaçırmasını istəyir. Oğlan isə bunun kariyerasına təhlükə yaradacağını deyib qızı atır. Qız kor-peşman geri qayıdır. Sevmədiyi oğlanla evlənir. Oğlana hər şeyi danışır və onu yox digərini sevdiyini deyir. Oğlan onu axıra qədər gözləyəcəyini bildirir. Qız bütün gün öz sevdiyinin məktublarını oxuyur, onu xəyal edir. Bir anlıq təsəvvür edək. Səni atıb gedən , məhv edən, yıxıb tökən bir insanı gözləmək, xəyallarında yaşatmaq. Bu mübarizədir, ya zəiflik? Zaman keçir oğlan qızı dəlicəsinə sevir amma bilir ki, qız ona məxsus deyil. Qızın öz sevdiyi oğlanı axtarıb tapır. Təhsil aldığı ölkəyə qayıdıbmış. Indi məşhur aktyor idi. Qızla oğlan (öz sevdiyi oğlan) görüşür. Və yenə bingo. Qız sən demə heç bu oğlanı sevmirmiş. Kimi sevdiyini nəhayət dəqiqləşdirən xanım hal-hazırda həyat yoldaşı olan oğlanın yanına qayıdır. Xoşbəxt sonluq. Bəs onda sevgi nədir? Sonuna qədər mübarizə aparan qız nə vaxt sevdi? Bəs sevdiyin necə anladı? Sevgi budu? Bu çətin məsələdi.

Sevgi hərədə bir cürdür. Hamının çox qəribə fikirləri və hisləri var. Qayıdaq mentalitet yuxumuza. Ayıbdır, anamın xəbəri olmasın oğlanla danışdığımdan. Amma gözünün içinə baxıb yalan danışmaq ayıb deyil? Ayıbdır, heç kim məni oğlanla görməsin. Ayıb deyil parklarda gizli yerlərdə öpüşmək. Dərinliyə getsək əslində ən açıq insanın belə mentalitetlə yaşadığın görərik. Bunu yoxladım. Qız gözləmədiyimdən çox dirəndi. Və son sual və nöqtə. Bədənini niyə qoruyursan? Deyəsən məni dostluqdan çıxartdı. Bizim ayıb dediyimiz söz nədi əslində? Sevgini gizlədərək yaşamaq? Bu ki, dünyada ən gözəl hissdir! Kim Allah sevgisin gizli yaşayır? Ya da ana sevgisin? Bəs niyə bu ayıb deyil? Əslində mənə görə peşmançılıq deyilən hiss yoxdu. Baş daşa dəyər! Bu ya yıxılaraq olar, ya da başına daş atarlar. Burda peşman olmalı bir şey göstərin ki, sonunda qazandığım qədər dəyərli olsun. Niyə elədim.? . Axı niyə? Çox alçaldıcı sözlərdir. Sizcə də qızlar arasında "əlim oğlan əlinə dəyməyib" sözünü demək, fəxr eləmək gələcək peşmançılıq deyil? Bəs əlin oğlan əlinə məcburən dəyməli olsa? Yaş 28. Haqqında ilk deyilən söz qız qurusu. Ana, qonşu, qohum ağına- qarasına,duluna - subayına baxmadan hər oğlanı sənə calayır. Bəs hislər? Onları öldürmək belə asandı? Deyil axı ! Əslində ən böyük peşmançılıq toydan sonra olacaq. Bir az da açıq danışaq. Qızların işi çox çətindir. 1 eksperiment.

Pişiyin əli ətə çatmayanda nə deyir? İylənib. Qızı vermiyəndə bəs nə deyirlər- "quş" idi onsuz da. Niyə? Onu əldə eləmək üçün ilan kimi dəri dəyişdirəndə müqəddəs idi axı! Bu sözü əldə etməyəndə də deyirlər. Əldə edəndən sonra da. Qız neyləsin onda? Çətin labrintdir. Yaxşı yenə dibə gedək. "Quş" dediyimiz nədi? Kompleksizlik? Qısa, açıq geyim? Açıq danışmaq? Bəs siz mentalitet yuxusunda deyildiz axı? "Noldu sizə, noldu böylə" Hər şeyi səhv başlayıb. Ta əvvəldən. Qızın üzünü gərdəkdə görən kişilər. Eyni varianta qadınlar. Və bu cütlük eyni metodu övladlarına sınayır. Bu adət 100 il ərzində azacıq deformasiyaya uğrayıb. Dəyişən o qədər də çox şey yoxdu əslində. Əvvəl ilk dəfə gərdəkdə gördüyün qızı və əksinə oğlanı əvvəlcə tanımağa başlayırsan. Zaman keçir. Uşaqlar , toy düyün deyərkən yaş 60. Yanında bircə həyat yoldaşın. Gözünün içinə baxırsan və dərin boşluq... Hədər gedən illər. Bəs hanı xoşbəxtlik? Övladın olanda, toyu olanda, nəvə olanda? Yox !!! bu xoşbəxtliyin "kitayski" versiyasıdı. O uşaq ki sevdiyin insanı görmürsən ona baxanda...21ci əsr... Eyni düşüncə. Ana qızına məsləhət verir. "Qızım bax bizim əziyyətlərimizi yerə vurma. Atan sizə baxmaq üçün gecə-gündüz işləyir, mən sizin yolunuzda neçə yuxusuz gecə yaşamışam, saçımı süpürgə eləmişəm" Mən başa düşə bilmədim. Biz olmasaydıq barmağınızı soraraq yaşayacaydız? Qaldı süpügə məsələsinə məsləhətim - tozsoran.

Indi bunu minnətiz edənləri də çıxıb ;) Ananın məsləhəti davam edir " Bax qızım, indi zəmanə pisdir" Yox əslində zəmanə həmişə pis olub, anacan! Zəmanəni pis eləyən nədir? Boş ehtiraslar, qudurmaq, qırmaq yox etmək - insanın dəyişməz xarakteridir. Zəmanənin pis tərəfin göstər, ana, mənə! De neyliyərlər? Öldürərlər, zorluyarlar? Bu ki biabrçılıq deyil! Bu taledi. Bu sınaqdı. Bu həyatdı. "Səni aldadıb apararlar, pis yola düşərsən" Pis yol dediyimiz anlayış nədir bəs? İnsanın özünü dərk eləməsi? Yox əslində. Yıxılmaq nəyə deyirik? Dostun xəyanəti? Ölüm? Xeyr, bu yaşanmalı olan sınaqlardı. Qocanın üzündə olan xətlər, qırışlar dost xəyanəti, ölüm, bədbəxt sevgi deyil. Hər dəfə ayağa qalxmaq üçün verdiyi vuruşdu, mübarizədi. Insan özü yıxılanda, yalnız o anda ayağa qalxmaq daha fərqli olur. Başqası bunu edəndə yox.Ana dəvam edir " Sənə özüm seçəcəm oğlan, mənim razılığım olmasa olmaz". Day keçib gəl bizlə yataq otağına da! Niyə anacan, mənim yerimə sən xoşbəxt olmayacaqsan axı. Sən mənə sevinə bilərsən, amma mənim yerimə xoşbəxt olmayacaqsan! Sən mənim saxta sevinclərimlə xoşbəxt ola bilərsən. Amma məni məhv etdiyini anlamayacaqsan da. Indi sadəcə balaca bir təsəvvürlə yekunlaşdıraq bu mənasız yazını. Mənim sevgi anlayışım - İNAM. Bir qız oğlanı üzdən, səsdən, puldan, maşından sevə bilər. Amma yaş 40 olanda. Bunlar hamısı gedəcək. Insanıq, hər şeydən bezirik. Heç kimin 20 yaşındakı üz quruluşu 40 yaşında da eyni olmur. Əgər dəlicəsinə sevdiyin o üzdüsə, o da bir gün olmayacaq. Amma həqiqətən inanaraq sevdiyin biri varsa, heç bir kağız parçası bu sevgini nə möhkəmlədə bilər, nə də bitirə. Indi bir oğlan (qız) personajı təsəvvür edək. Yalnız içini, ürəyini, daxilini fikirləşək. Üzünü, gözünü, burnunu, bədənini yox. Onunla dəniz sahilində əl-ələ gəzmək, gözünün içinə baxmaq, hamının içində, utanmadan öpə bilmək, başını çiyninə qoyub xəyala dalmaq, ya xaraba, gözdən uzaq yerdə, gizlicə öpüşmək?..

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri