Qız qaçırma üsulu =)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 152
Səs ver:
(səs: 0)

VƏSAİTLƏR:
1 Ədəd Qız: Əlbətdə ki əməliyyatın adından da görüldüyü kimi, bu fəaliyyət üçün, daha əvvəldən razı salınmış və qaçmağa meylli bir qadın tapılır. Qızın yaşı 18-dən yuxarı olsa sizə hər hansı bir qanuni çətinlikdə yaşatmayacaq və Qız Qaçırma Əməliyyatınıza hər hansı bir kölgə düşməyəcək. Yüngül çəkili qızların qaçırılması daha asan olduğundan seçki əsnasında buna diqqət yetirilməsi sizin işinizə yarayacaq.

1 Ədəd Ev: Qaçırılan qızın çöldə qalıb da ziyan olmaması üçün yaxşı mühafizə edilməsi lazımdır. Bunun üçün kiçik və şirin bir evin əməliyyatdan əvvəl hazırlanması lazımdır. Sizə məsələtim, yoldaşlarınızdan birinin evini seçin.

1 Ədəd Çuval: Hər əməliyyatın bir bayrağı olduğu kimi qız qaçırmağın da bir ədəbi, bir qaydası vardır ki bu işində emblemi çuvaldır. Bəziləriniz deyə bilər "Qız çuvala yerləşməz" deyə.. Seçilən çuvalın boş çuval olmasına diqqət yetirin.. İçi un dolu bir çuvala əlbətdə ki soxa bilməzsiniz qızı. :)

1 Ədəd Çubuq: Əməliyyatda ən çox səhv istifadə bu vəsaitdədir.. Çubuğu qızın başında qırmaq üçün yanınıza almayın.. Çubuğu götürməmizdəki məqsəd budur.. Qızı qaçırdınız, ki qız gecə qaçırılar bildiyiniz kimi.. Qızı çuvala qoydunuz.. Belinizə atdınız gedirsiniz.. Çubuq burada dövrəyə girir. Gecə qaranlığında önünüzü yoxlamanızı təmin edir.. Önünüzü yoxlamanızı deyərkən yoldan bəhs olunur.. =)

1 Ədəd Etilspirt: Bu unudulmamalıdır ki, bu əməliyyatın ən əhəmiyyətli xüsusiyyətlərindən biri də başlandığında yarım buraxılmamasıdır. Qız qaçırmaq üçün "Bismillah" deyib yola çıxıldığında bu işin geri dönüşü olmaz. Bu vəsait buna görə əməliyyatın davamlılığı baxımından çox əhəmiyyətlidir. Bəzi qızlar, əməliyyatının verdiyi həddindən artıq həyəcana dözə bilməyib son anda qərarından dönə bilər ki bu olduqca çox rast gəlinən bir hadisədir. Bu vəziyyətdə "Qız qaçırmağa getdi, qızı əlindən qaçırdı" kimisindən bir söhbətinə mövzu olmamaq üçün tədbirli olmaq lazımdır.. Əgər ki hadisə əsnasında yanınızda Etilspirt yoxdursa vəsaitləriniz içindən çubuğu seçərək əməliyyatı tamamlayın.. Qəti şəkildə beldən aşağı vurmayın, çünki gecənin irəliləyən saatlarında üzərində ən çox dayanılacaq bölgəni ziyan etmiş olarsınız. Bəziləri hadisənin stresinə dözə bilməyib, qıza təpik yumruq girişərlər ki bu çox xoş bir davranış deyildir.. Əlinizdəki məhdud vəsaiti yox etməkdən başqa bir işə yaramaz.

QAÇIRMA QAYDASI:
Vəsaitlərimiz hazırdır. İndi əməliyyatı necə gerçəkləştirəcəyik, onu izah edək: Əvvəldən razı salınmış və hal-hazırda gözləməkdə olan qız yoldaşımızın evinin və ətraf məhəllənin, hadisədən bir həftə əvvəl təqibə alınması lazımdır. Bunu da söyləyək ki, qızın evinin altına filan tunel qazıb da hadisənin "zibilini" çıxarmanın bir mənası yoxdur. Sakit olaq.. Təlaş edəcək bir şey yoxdur. Əlimizdəki vəsaitləri yanımıza götürərək qızın olduğu evin önünə gedirik. Gecə gəzən gözətçinin saat neçəyə kimi keçdiyi daha əvvəldən təsbit edildiyindən bu mövzuda çətinlik çıxmayacaq. Məhəllənin tamamilə sakit olduğuna qərara gəldikdən sonra, qızın evinin önünə gəlib, "Qarğa" kimi ötməyə başlayın.. Qarğa necəmi ötər?.. Mən də tam bilmirəm amma səsinin pis olmadığını eşitdim :) Siz ötməyə başladığınızda onsuzda qaçırılacaq qız da qanmaz deyildir, başa düşər hərhalda.. Nəysə siz ən yaxşısı yanınıza ya yaxşı quş təqlidi edən bir yoldaşınızı ya da zəmanət olsun istəyirsinizsə bir quş alın.. Yenə də seçim sizindir.

Quşu ötdürdük.. Qız hadisəni anladı. Əlində boxçasıyla qapının önünə gəldi.. Burada edilməsi lazım olan ilk iş, qızın boxçasını götürüb, araşdırmaqdır. Çünki bir qız ən yaxşı şəkildə bu əməliyyatda özünü müəyyən edər.. Əgər boxçada qalın bilərziklər varsa bilin ki doğurdan nə isə var. Yox əgər qızın boxçasından köhnə-möhnə əşyalar çıxarsa, dərhal quş təqlidinə davam edərək oradan uçun =))

Biz burada bütün nöqtələri optimist gözlə qəbul edirik.. Qızımız hazırdır. Daha əvvəldən hal-hazırda gözləyən çuvalımızın içinə (Boş çuval olacaqdı) qızı "qatlayaraq" soxuşdururuq :) Çuvalın deşik olmadığına və yolda gedərkən qızı salıb şikəst buraxmayacağınıza əmin olunca çubuğumuzun da köməyiylə hadisə bölgəsindən bütün sürətimizlə uzaqlaşırıq. Bu əsnada hələ quş təqlidi etmənin bir mənası yoxdur.. =))

Yoldaşınızın evinə gəldiyinizdə, çuvalın ağzını dərhal açmağı və içindəki qızı çıxarmağı lütfən unutmayın. Bəzi yoldaşlar hadisə tamamlandıqdan və evə çatdıqdan sonra dərhal həyəcana qapılar və "Necə Qaçırdım" sindromuna girsə qız ölə bilər.

Uğurlar =))

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri