Oglan analarinin nezerine

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 830
Səs ver:
(səs: 0)
alt

1. Hər şeydən əvvəl həyat yoldaşınla, seçdiyin kişi ilə münasibətlərini müsbət məcraya yönəltməlisən. Əgər kişinin əxlaqı, dünyagörüşü, qadına münasibəti, vərdişləri ürəyinizcə deyilsə, deməli, siz oğlunuza əsl həyat dostu bəxş edə bilməyəcəksiz. O zaman heç olmasa aşağıdakı bəndlərin yarıdan çoxuna əməl etməklə, layiqli övlad böyüdə bilərsiz.

2. Oğlunuzu kənar və ya qohum kişilərin, böyük oğlanların yanında təhqir edib, ünvanına kobud sözlər işlətməyin. Başqa kişiləri ona misal göstərməyin.

3. Oğlunuzun ancaq sizə məlum sirlərini heç kimin yanında üzünə vurub, onunla zarafat etməyin.

4. Onun suallarından qaçmayın, əksinə, ən mənasız sualına belə fikir verin. Çünki oğlan uşaqları boş-boşuna heç nə soruşmurlar.

5. Oğlana 5 yaşından ayaqqabısını geyməyi, səhər qalxan kimi yerini yığışdırmağı, zibili həyətə aparmağı öyrədin.

6. Onu babasına, atasına hər hansı işi görməkdə kömək göstərmək istəyini boğmayın. Onu balacalıqdan kişi işlərinə həvəsləndirin.

7. Uşaq evdə texnika, stol-stul söküb yığmağı xoşlayırsa, onu danlamayın. Yaxşısı budur, köhnə bir radio, ütü və ya stul tapıb verin ki, rahatca məşğul olsun.

8. Oğlunuz həyətdə oynayıb, evə cırılmış şalvar, çirkli köynək, sıyrılmış dirsək, göyərmiş üzlə qayıdanda ona ağzınızdan çıxanı deməyin. Əksinə, hadisənin necə baş verməsini guya maraqlanırmış kimi öyrənin və məsləhət verin: zərbədən necə yayınmalı, cızılan yerə soyuq su qoymağı və s. Belə etməsəniz gələn dəfə oğlunuz zədələnmiş yeri sizdən gizlədəcək.

9. Söz verdiyiniz işi yerinə yetirin və uşaqdan da bunu tələb eləyin.

10. Uşağı körpəlikdən idmana, dərnəyə və ya hər hansı incəsənət növünə yazdırın ki, günü boş keçməsin.

11. Oğlan uşağına qadına, qıza hörmət etməyi 4-5 yaşından öyrədin: avtobusda yer verməyi, qapını açıb ötürməyi, pilləkəndən düşərkən əl uzatmağı və s.

12. Oğlunuzu bazar-dükana, işıq, qaz idarəsinə, poçta, MİS-ə gedəndə özünüzlə aparın ki, sonradan bu işlərinizi rahatca ona etibar edəsiniz.

13. 9-10 yaşından uşağı ailə məsələlərinin müzakirəsinə qatıb, fikrini öyrənin. Məsələn: bu il hansı əşyalar alınacaq, istirahətə hara gedəcəksiz və s.

14. Əgər işləyirsizsə və evdə az tapılırsızsa, yaxın qonşulara oğlunuza nəzarət etməyi, özünü necə apardığını izləməyi və bu barədə vaxtaşırı sizə məlumat verməyi xahiş сайте. Təbii ki, oğlunuzun bundan xəbəri olmasın.

15. Oğlunuzun kimlərlə dostluq etdiyini bilin. Özünüz həmin uşaqları evinizə dəvət сайте. Oğlunuzun dostlarının valideynləri ilə tanış olub, münasibət qurun. Bu hamınıza uşaqlara nəzarət etməkdə kömək olar. Axı onlar da övladlarından nigaran valideynlərdir.

Bu hamınıza uşaqlara nəzarət etməkdə kömək olar. Axı onlar da övladlarından nigaran valideynlərdir.


Televizor uşaqları tənbəlləşdirib, kökəldir.

Amerika alimləri apardıqları tədqiqatlar nəticəsində qərara gəliblər: televizor və kompüter oyunları qarşısında çox oturan uşaqlar daha çox kökəlib piylənirlər. Eləcə də onlarda bel, onurğa, sümük sisteminin distrofiyaları baş verir. 8 min nəfər müxtəlif yaş həddində olan uşaqlar üzərində aparılan müşahidələr göstərib ki, normal çəkili, sağlam və aktiv uşaqlar həftədə 14-15 saatdan artıq televizora baxmayan və gününün çoxunu həyətdə, küçədə keçirənlərdir. Kök, piyli və zəif uşaqlar isə valideynləri küçəyə çıxmağa icazə verməyən və günün 5-6 saatını televizor qarşısında keçirməyə məhkum uşaqlardır. Eləcə də televizor və kompüter qarşısında yeyilən yeməyin uşaq orqanizmi üçün zərərli olduğu sübut olunub.

Necə bilmək olar ki, oğlunuz siqaret çəkir?

Yeniyetmələri siqaretdən qorumaq üçün:

• Siqaret çəkməsindən şübhələndiyiniz uşaqların evinə oğlunuzu buraxmayın.
• Hərdən iş qrafikinizdən tez və qəfil evə gəlin ki, uşağın nə ilə məşğul olduğunu izləyə biləsiz.
• Oğlunuz evə gəlməyənə qədər yatmayın, işığı söndürməyin.
• Oğlunuzu uşaqlıqdan evə girən kimi qucaqlamağa adət сайте ki, böyüyəndə bunu edə biləsiniz. Onu qucaqlayarkən geyimə, saçlara hopmuş qoxuya fikir verin. Onda asanlıqla tütün, siqaret, içki iyini hiss edəcəksiz.Əgər evə gec qayıtmış oğlanın üst-başından kəskin ətir iyi gəlirsə və o, saqqız çeynəyirsə, bundan da şübhələnməyə dəyər. Güman ki, o, izi azdırmaq istəyir.
• Evə girib, dərhal otağına keçən kimi onun başını söhbətə qataraq ardınca gсайте və uşağın hərəkətlərinə, danışığına diqqət yetirin.
• Pis dəstəyə, xüsusən narkomanlara qoşulmuş uşağın sözlərində, lekonunda dəyişiklik olur, spesifik sözlər meydana çıxır. Məsələn: «barıqa», «mal var?», «apşak» və s.


Tez siqaret çəkməyə başlayan yeniyetmələri kor olmaq gözləyir

Britaniya klinikalarında aparılan sorğu bütün həkimləri dəhşətə gətirmişdir. Hətta Britaniya rəsmiləri siqaret əleyhinə reklamlarda bu faktın yer almasına qərar vermişlər. Belə ki, gecə barları, diskoteka və klublarda 320 nəfər gənc arasında «ən çox nədər qorxursuz» sorğusu aparılmışdır. Gənclərin 98%-i kor olmaqdan qorxduqlarını bildirmişlər. Bu sorğunun ardınca Britaniya oftalmoloqları belə bir məlumat dəcr etmişlər: erkən siqaretçəkmə 10 ildən sonra görmənin 30% azalmasına, narkotika isə tamam kor olmaya səbəb olur. Belə ki, tütündən göz ağında «sarı ləkə» distrofiyası görmənin zəifləməsinə ən çox səbəb olan faktorlardandır. Rəyi soruşulan gənclərin 70%-i heç bir xəstəlik qorxusu ilə siqaretdən əl çəkə bilmədiklərini etiraf etsələr də, gözlərində azacıq da olsa zəifləmə hiss etsələr siqareti azaltmağa və ya tamamilə tərgitməyə hazır olduqlarını bildirmişlər.

Ailənin yazılmamış qanunları:

Qanun 1. Hər bir uşaq, yaşından və xarakterindən asılı olmayaraq sevilməli, arzulanmalıdır.

Qanun 2. Uşaq valideynin maddi və mənəvi vəziyyətinə baxmayaraq xeyirxahlıq, diqqət və mehribanlıq əhatəsində yaşamalıdır.

Qanun 3. Valideynlər öz aralarındakı münasibətin bütün özəllik və gözəlliyini nümayiş etdirməlidirlər.

Qanun 4. Uşaqlara 3 sözdən hər şeyi başa düşməyi öyrətmək lazımdır: «olar», «olmaz», «mütləqdir».

Qanun 5. Uşaq söz demək, müzakirə etmək və izah etmək hüququna malikdir. Bu hüquq ondan heç bir zaman alınmamalıdır.

Qanun 6. Ailədə müsbət keyfiyyətlər, adətlər, vərdişlər nümayiş olunmalıdır.

Qanun 7. Valideynlər nizamlı və sakit olmasa, uşaqlar heç vaxt ədəbli olmayacaq.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri