Qoyun günəşimiz doğsun...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 827
Səs ver:
(səs: 1)
Nə qədər ki çərçivədəsiniz, bir qorxu, bir hürkü ilə müəyyən bütləriniz, ilahlarınız varsa, Günəşiniz doğmayacaq. O Günəş sizdədir, içinizdədir. Kənarda sizə mane olanı öldürməyincə, qırmayınca Nuru yolunuzda, aydın baxışlarınızda görə bilməyəcəksiniz.İnsan mükəmməl yaradılışa malikdir. Kaş bunu dərk edib daim özünü cilalayardı.

Dogru düşüncələrlə zəngin insan, istəyir kim olur olsun. Burda nə millətin, nə adın, nə rəngin, irqin önəmi yoxdur. Ali insanlar heç vaxt fərqlərə görə insanları seçməz. Tək bir yaradılış olubdur. O yaradılışdan parçalanmalar nəticəsində yaradılmışıq. Bir Ananın övladları arasında seçim etmədiyim kimi yaradılanlar arasında da seçim edə bilmədim. İnsanlar Özlərinə verdiyi dəyərlərə görə özləri-özlərini mərhələlərlə ayırdılar. Anlayanlar anlamayanları anlayacaqlar. Axı onlar bilmirlər, bilmədikləri üçün anlamırlar. Heç görmüsünüz südəmər ət yesin? Yox, yeyə bilməz,  boğular. İlk öncə ətin suyunu  içəcək. Odur ki, istər kitabda adı çəkilənlər olsun, istər çəkilməyənlər. Ali insanlar yalnız doğru kəlimələri doğru hissiyyatları qəbul edir. Özündə bütləşdirənlər isə ilahları ilə daim qaranlıqdadırlar. Bu gündə o Vicdanın sahibləri var. Bizə mükəmməlliyin yolunda fədakar olmağı vacib buyurublar.

Harda elm və xoş əməl, parlaq kəlam varsa ora bizim ibadətgahımızdır.

Həyatı oxumayan insan kitabı daim bütləşdirəcək. Çərçivədən çıxmayan özünü dərk etməz,  anlamaz ki, yaradılışı kamilliyə səbəbdir. Kamilliyin yolu isə azad düşüncədən keçir. Çərçivələri yox etmədən heç bir anlama mükəmməl gələ bilməzsiniz.

Bu gün hansı bütünüz varsa, hamısını öldürün. Öldürmədən diriliş yoxdur. Bu gün fərqli olun. Hətta qorxu yaradan nə varsa, hamısını sorğulayaq. İçinizdəki Mükəmməli azad edin. Qoyun Günəşiniz doğsun…

Müəlif: Aynur Quliyeva
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri