Tanımaq istədim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 483
Səs ver:
(səs: 1)
İnsanların bir-birini tanıması, olduğu kim qəbul etməsi üçün müəyyən bir zaman lazımdır. Bu zamanı aşa bilmək elə də asan deyil. Çox vaxt münasibətlərin yarıda qırılmasının səbəbi tələskənlik, psixoloji dözüm səviyyəsinin aşağı olmasıdır. Bu hansısa bir iş görərkən qarşımıza çixan çətinliklərə məğlub olaraq işi dayandırmamız , işin sonuna çatmadan, nəticə əldə etmədən geri çəkilməmiz kimidir. Münasibətlərdə rastlaşdığımız ilk qarşıdurma, bir insanı ilk rastlaşdığımız qüsuru ilə eyniləşdirməmizdir. Qüsurlar qəbuledilməzdir deyə düşünürsünüzsə, o zaman elə indi düşünün, sizin heçmi qüsurunuz yoxdur? Sözsüz ağlınıza bir nöqsanınız, bir qüsurunuz gələcək. Bəs bu qüsurla sizi ətrafda heç kəs qəbul etməsə necə? Yəqin ki, heç kim təcrid olunmaq istəmir.
Bir insanı tanımaq istəyiniz ona olan sevginizdən irəli gəlir. Əgər hər şeyi yarıda qoymağa hazırsınızsa sevginizdə problem var.

"Sevginin təzahürlərindən biri də tanımaqdır. Tanıma üsullarının içində ən asanı, sevgi ilə tanımaqdır. Bunlar iç-içə olan əməllərdir. Sevdiyiniz qədər tanıyar, tanıdığınız qədər sevərsiniz. Cəmiyyətimiz tanımadan sevənlərlə, sevdiyini iddia edənlərlə doludur. Doğrusu bunu necə bacardıqlarını bilmirəm. Çünki bu növ sevgilərin ömrü də olmur, tanıyıncaya qədər davam edir.
Bir də tanıdıqca artan sevgi vardır ki, belə biri olmaq böyük bir lütfdür. Allah da tanıdıqca sevilir.
Sevgi tanımanın ən qısa yoludur. Çünki sevmək sevilməyi gətirir. Bu əməlin qərərgahı ÜRƏKdir və sevmək Insanın Qırxıncı Otağı olan ürəyində birini qonaq etməsidir. İnsanın sirri məhz o otaqdadır.
İnsanı tanımaq üçün oranı görmək lazımdır, yəni sevilmək. İnsana tanınmaq üçün isə orada görmək lazımdır, yəni sevmək. Əlində sevginin giriş kartı olmayan o otağa ordu ilə gəlsə də girə bilməyəcək, görə bilməyəcək, tanıya bilməyəcək.”( Mustafa İslamoğlu)

insanları tanımaqTanıyana qədər uzaqlaşmayın, yetərincə tanısanız heç uzaqlaşan da deyilsiniz. İncidiyiniz hallar olsa belə, bunu arada olan sevginin, dostluğun, münasibətlərin xatirinə yoluna qoya bilərsiniz. Bircə əsəbiykən qərar verməyin, bircə bir-birinizə sonralar peşman olacağınız sözlər deməyin. Onsuz da qısa olan həyatın harda sona çatacağından xəbərsizik. Ən gözəl olanlar da bir gün sona çatacaq. Elədirsə, niyə biz bitirək?
Nə qədər ki, həyatdayıq tanımağa çalışaq. Bəlkə mən də nə vaxtsa tanımaqdan vaz keçəcək hala gəldim, amma keçmədim. Çünki tanımaq istədim…

Müəllif : Psixoloq Rübabə
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri