Qutu zehniyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 179
Səs ver:
(səs: 3)
BAŞ QUTU, BOŞ QUTU…

Yəqin ki, hər birimiz Cəlil Məmədquluzadənin "Poçt qutusu” əsərini oxumuşq. Hekayənin ibrətamizliyi, daim aktual olan mesajı bir qutu üzərindən qurulan hekayə olaraq bizə çatdırılır. Bəli, qutu…
Demək ki, qutu zehniyyətimiz həmişə aydın insanlarımızı məşğul etmişdir. İndi də rəhmətlik Cəlilin "qutu”larını görmək olur, özü də daha çox. Hər tərəfimiz qutudur. Bir çoxunun içi dolu, bir çoxunun isə boşdur. Dolu və boş demişkən, bir az diqqət etsək görərik ki, bu bizim başımızın göstəricisidir həm də. Bəzən tərs, bəzən də düz mütənasib olaraq başlar və qutular dolu vəya boş olur.

Keçim mətləbə. Qutu zehniyyətimiz… Bəli, mən də bir haləti diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda idarələrin birində divardan asılmış iki qutu gördüm:

1. Şikayət və təkliflər qutusu
2. Yardım fondu

Demək, birinci qutu bomboş idi. İkinci qutunun içində isə qəpiklər, manatlar və hətta avro da var idi. Dolu idi. Çox səxavətliyik. Olaq, nəyi pisdir? Yardımlaşmaq gözəldir. Amma… O biri qutu boşdur. Boş qalmış qutu içərisində yox olan vicdan və hayqırtımızı, haqqımızı pula çevirərək digər qutuya doldururuq. "Yardım” edirik. A kişi, necə ola bilər ki, o boyda idarədə bir insanın təklifi və şikayəti olmasın. Axı kinli baxışlar, arxadan danışmalar, fısıltılar, mızıltılar ürək bulandırır. Hər gün gileylənən, üsyan edək millət biz deyilikmi? İstəyirəm sual edəm ki, niyə boşdur. Amma nə? –qutu zehniyyətiqutumu, başmı? Baxaq dolu olan yönümüzə. Dilənçi zehniyyəti, rüşvət xəstəliyi. Bəli, rüşvət veririk. Allaha rüşvət, başçıya rüşvət, evdə arvada rüşvət… Alın, əl çəkin bizdən -deyirik. Biz verdikçə onlatr alır. Biz bəy oluruq, başqaları dilənçi olur. Verən varsa, alan da çox olacaq. Normaldır, təklifi olmayan bir toplumun niyə də dilənçisi olmasın?

Qutudayıq. Dünyanı da, vətəni də, evi də, zehniyyətimizi də qutuya çevirmişik. İçi boş və dolu qutular. O qədər qutulaşmışıq ki, içinin dolu vəya boş olması da bir şeyi dəyişmir. Ətrafda qutular dolaşır. Qutular içində qutular…

Müəllif: Vüsaləddin Rüstəmov
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri