Yazığım gəlir!!!!!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 306
Səs ver:
(səs: 0)

alt

Allahın bizə verdiyi
Nemətə yazığım gəlir.
Bircə-bircə əldən çıxan
Fürsətə yazığım gəlir.

Zülmə boyun əyə-əyə
Ritmi dəyişən ürəyə,
Boğazlarda düyünlənən
Nifrətə yazığım gəlir.

Ana torpağı düşmənin-
Ayağı altda əzilən,
Namusu əlindən gedən
Qeyrətə yazığım gəlir.

Ağızı tikən iynəyə,
Heç açılmayan çənəyə,
Ürəklərdə danışılan-
Söhbətə yazığım gəlir.

“Bir abbasım” deyə-deyə
Ağa dalıyca sürünən,
Minəninə boyun əyən
Millətə yazığım gəlir.

Bilmirəmki, mən neyləyim ,
Nə danışım, nə söyləyim?
Hər kəlmə başı dediyim
“Lənətə” yazığım gəlir.
 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri