Bilinməyən maraqlı faktlar

Müəllif: aLoNe AnGeL
Şərhlər: 5
Baxılıb: 6 693
Səs ver:
(səs: 4)
Dünya okeanının sularında bəşəriyyətin tarixində əldə olunan qızıllardan daha çox qızıl var.

Qırmızı dodaq boyası çəkən qadınlar hamıdan çox gülürlər.

Ginnes pivəsindəki köpüklər digər pivə növlərindən fərqli olaraq üzə qalxmır, əksinə, pivənin dibinə çökür. Bunu alimlər belə izah edə bilmirlər.

Dünyada ən bahalı hobbisi - bağçılıq hesab olunur.

İnsanın dilində əks olunan izlər barmaq izi qədər təkrarolunmazdır.

Delfinlər bir gözlərini açıq qoyaraq yatır.

Dəvəquşunun gözləri onun beynindən böyükdür.

Musiqi bəstələməzdən əvvəl Bethoven başını soyuq su ilə yuyurdu.

Bütün tarixboyu Nil çayı iki dəfə - IX və XI əsrlərdə donub.

İl ərzində bir dənə də olsun insan doğulmayan yeganə ölkə Vatikandır.

Aktyor Kianu Rivzin adının havay dilindən tərcüməsi dağlardan əsən soyuq külək deməkdir.

Tailandda ən məşhur idman növü - hava ilanlarının buraxılmasıdır.

Ən təhlükəli peşələr kosmonavt, polis, futbolçu və balıqçılıq hesab olunur.

Dünyanın bütün sularını açıq okeana töksələr, suyun səviyyəsi 3 sm qalxar.

Vinsent Van Qoq bütün həyatıboyu yalnız bir əsərini - Red Wineyard at Arles-ı satıb.

Ampeloterapiya - üzümlə müalicə deməkdir.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 6 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri