Bilmədiklərimizi öyrənək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 355
Səs ver:
(səs: 2)
1. Burnu duzlu su ilə yusaq, bir çox xoşagəlməz, o cümlədən allergik mənşəli simptomlardan qaça bilərik.

2. İtlər xərçəng və qanda az şəkər tərkibini hiss edə bilirlər.

3. Mətbəx yanındakı qapıdan çıxan insanlar əsas qapıdan çıxanlara nisbətən orta hesabla 15% daha çox yeyirlər.

4. Ürək tutmasının bazar ertəsi baş verməsi riski böyükdür. Bu risk sizi həkimin sizdə qrip və ya respirator xəstəlik aşkarlamağından sonra üç gün müddətində də gözləyir.

5. Artıq çəkili insanlar arıqlara nisbətən geyimə 485, təyyarədə əlavə yerə 828, benzinə isə 36 dollar çox pul xərcləyirlər.

6. Siqaret çəkənlər çəkməyənlərə nisbətən yorğunluqdan daha çox şikayətlənir, eşitmə problemi ilə 70% daha çox üzləşirlər.

7. Meyvə və tərəvəz orqanizmə şəxsi aspirin hazırlamaqda yardımçı ola bilər.

8. Bir saat yuxu gümrahlığı uzun müddətə (10 saata qədər) artıra bilər. Hər kəs tərəfindən qəbul edilən davamlı gümrahlıq rekordu isə 264 saatdır (11 gün).

9. Beş həkimdən dördü fiziki məşğələ etmir.

10. Çiyələk və qida sodası dişləri ağardır. Sarımsaq ayaqlarda göbələyi məhv edir.

11. Mütəmadi gimnastika qadınların xərçəngə tutulma riskini azalda bilər, amma əgər yuxu çatışmazlığı yoxdursa.

12. Qaçış yolunda məşq zamanı özünə güzgüdə baxarkən nəticə daha aydın hiss olunur.

13. "Üçüncü əldən siqaret çəkmək” (siqaret çəkənlərin saçlarına və geyiminə hopan və uzun müddət otaqda yayılan tüstü hissəcikləri) uşaqlar və heyvanlarda xərçəng xəstəliyinin inkişafı riski yaradır.

14. Gəzinti zamanı küləyə əks istiqamətdə getdikdə, suda və ya kürəyində ağır çanta ilə hərəkət etdikdə adi vəziyyətdə hərəkətə nisbətən 50 kalori daha çox itir. Bundan başqa, addımölçənlərdən istifadə edən insanlar, bir qayda olaraq, daha çox kalori itirir və artıq çəkidən azad olurlar.

15. Vitaminlər insanı xərçəng və ya ürək xəstəliklərindən qoruya bilmir.

16. Antibakterial salfetlər uzun müddət istifadə edildikdə mikrobları bir yerdən başqa yerə daşıya bilər.

17. Ən yeni və bahalı dərmanlar heç də mütləq qaydada ən yaxşı və təhlükəsiz dərmanlar deyil.

18. "Facebook" sağlamlığınız üçün faydalı ola bilər: araşdırmalar göstərib ki, ailə və dostlarla əlaqənin saxlanması insanı yaddaşla bağlı problemdən qoruyur.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 355
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri