Hansı orqan nə vaxt qocalır?

Müəllif: ALESSANDRA
Şərhlər: 14
Baxılıb: 750
Paylaş:
Səs ver:
(səs: 2)
Qocalmaq bəşər övladını hər zaman narahat edən məsələdir. Bunun qarşısını almaq üçün müxtəlif üsullar öyrənilib.
Amma qocalmaqla bağlı düşüncələrimizin bir çoxu yanlışdır. Məsələn, bizə elə gəlir ki, insan birdən-birə qocalır. Bu prosesə heç cür mane olmaq mümkün deyil. Amma bu proses tədricən baş verir və əgər siz hansı orqanınızın nə vaxt qocalmağa başlayacağını bilsəniz, prosesə müəyyən qədər müdaxilə edə bilərsiniz.
Klivlend Klinikasının mütəxəssisi Ronan Factora görə, bədənimizi qocalmaqdan hər yaşda qoruya bilərik.

18 yaş - dəri. İnsanlar 18 yaşdan başlayaraq, hər il dərilərinin elastikliyinin 1 faizini itirirlər. Hər gün qapalı məkanda olsanız belə, siqaret çəkməyib, yaxşı bəslənib, titan, ya da sink günəş kremi sürtməklə bu müddəti gecikdirə bilərsiniz.

30 yaş - ağciyərlər. Bu yaşdan sonra ağciyərlər fəaliyyətini ildə 1 faiz itirməyə başlayır. Günün əsas hissəsini oturaraq keçirənlərdə bu proses hərəkətli insanlara nisbətən daha sürətlə baş verir. Ağciyərinizin gec qocalmasını istəyirsinizsə, daim hərəkətdə olun.

35 yaş
- sümüklər. Sümüklərin çəkisi 35 yaşdan sonra hər il 1 faiz azalır. Ağırlıq qaldırma hərəkətləri sümüklərin möhkəmləndirilməsində mühüm rol oynayır. 2015-ci ildə aparılan araşdırma zamanı gündə 20 dəfə tullanmanın sümüklərin möhkəmliyinə təsir etdiyi sübut olunub.

40 yaş - əzələlər. Beynəlxalq Qocalma İnstitutunun elm adamı Luici Ferrucinin araşdırmasına görə, qocalandan sonra hamımızda əzələlər zəifləyir, əksinə yağ toplayırıq. Bu təəssüfləndirici dəyişiklik 40 yaşdan sonra sürətlənir. Əzələlərinizin zəifləməyini istəmirsinizsə, idman hərəkətlərini həyatınızın ən vacib hissəsinə çevirin.

40 yaş - gözlər. Beynəlxalq Sağlamlıq İnstitutlarının araşdırmasına görə, gözlərimiz həyatımızın ilk dövrlərində diqqətli fotoaparat kimidir. Ancaq 40 yaşdan sonra görüş sahəsi azalır. Göz xəstəliklərindən qorunmaq üçün siqaret çəkməyin və ultrabənövşəyi şüalardan qorunmaq üçün eynək taxın. Günəş və siqaret katarakt olmaq ehtimalınızı artırır.

50 yaş - böyrəklər. Bunu siz hiss etməsəniz belə, 50 yaşdan sonra böyrəklərinizin işi geriləməyə başlayır. Buna qarşı ancaq su içərək mübarizə apara bilərsiniz. Bir araşdırmaya görə, çox su içənlərin böyrəyinin qocalma ehtimalı az içənlərdən gec olur.

60 yaş - qulaqlar. İnsanlar eşitmə qabiliyyətini tədricən itirirlər. Ancaq 65-74 yaş arası hər 3 insandan 1-də eşitmə problemi var. Bu vaxtı dəyişmək üçün əlimizdən heç bir iş gəlmir. Ancaq tez-tez yüksək səsli musiqi dinləmək və ya ifa etmək, çox səsli yerlərdə işləmək eşitmək qabiliyyətinizin zəifləməsini bir az da sürətləndirəcək.

Bağırsaqlar da 60 yaşdan sonra qocalmağa başlayır. Təkcə başınızdakı tüklər deyil, bağırsaqlardakı saça bənzəyən və yediyimiz qida maddələrindəki mineralları qəbul edən kiçik çıxıntılar da 60 yaşdan sonra düzləşməyə başlayır. Bu da həmin yaşdan sonra bədənimizin daha az mineral maddə qəbul etməsi deməkdir.

65 yaş - ürək.  Bu yaşdan sonra ürək əzələlərinizin sayı azalsa da, onun həcmi böyüyür. Bu da ürək divarınızın qalınlaşmasına səbəb olur. Bu yaşdan sonra infarkt olma ehtimalı da artır.

70 yaş - beyin. Hər dəfə hadisələri unutmağınız qocalmağınız demək deyil. Lakin 70 yaşdan sonra artıq beyindəki dəyişikliyi hiss etməyə başlayacaqsınız.

loading...
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 750
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
13 yasim var hele hec bir orqanim qocalmiyib
7 avqust 2015 15:41
14
Don't trust anyone ∆
Offline
vipbetul
deri cox tez qocalmaqa basliyirmis
3 avqust 2015 21:14
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Yəni yavaş-yavaş sıradan çıxır orqanlar. hələ 16-dayam. 18-dən sonra ehtiyat tədbirləri almağa çalışaram)

...666...
3 avqust 2015 20:11
12
Viking
Offline
Meleknur
oktyabrda 17 tamam edim 18 kececem hele var ))
3 avqust 2015 18:08
11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
xeyalperest
Eşi boş şeylerdi esas saglamliga fikir verenden sonraa..
3 avqust 2015 17:20
10
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
guler19
Əlbəttə ki, heç bir vasitə ilə dəridə qırışların və ya orqanlarımızda olan problemlərin yaranmasının qarşısını almaq olmaz. Ancaq onların yaranması vaxtını xeyli uzatmaq olar. Bu isə əsasən bizim özümüzdən asılıdır. Bir çoxları böyük səhvə yol verərək dəriyə qulluq edilməsini dəridə xeyli qırışlar əmələ gələndən, artıq o, müəyyən qədər qocaldıqdan sonra başlayırlar.
3 avqust 2015 17:01
9
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
yarpaq33
Hele 60 -70 Ile qeder yawaaya bileceyikmi onu Allah bilir
3 avqust 2015 16:32
8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Zeynep_Fatih
Bilmirdim oyrenmiw oldum tewekkur
3 avqust 2015 16:23
7
Offline
xalilova gozel
insan neye lazimdir eyy. 24 MUveqqetiyik bu dunyada.
AXirete hazirlasmaq lazimdir.
3 avqust 2015 16:06
6
YA ALLAH
Offline
Dosta_inam
Bacardigim qeder yediklerime diqqet edirem, su elede cox icmirem, tesekkur maraqli idi.
3 avqust 2015 16:04
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
VIP
Su icməyi sevmirəm təsadüfən icirəm buda ziyandı
3 avqust 2015 15:48
4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Fialka
İnsan müəyyən yaş həddinəcən böyüyüb inkişaf edir və o həddə çatdıqdan sonra isə hər gün bir addım qocalığa doğru gedir. Ancaq sağlam şəkildə davam etmək üçün insan orqanizminə qarşı diqqətli olmalı zərərli ola biləcək vərdişlərdən uzaq olmalıdır.
3 avqust 2015 15:08
3
Offline
eıiyeva gülmaye
Bunlarin bezilerini bilmirdim oyrenmis oldum. Yeniki qisaca izahı buduki zererli şeylerden uzaq durmaq. Daim idman etmek ve bol su icmek. Maraqli idi tsk
3 avqust 2015 14:43
2
Offline
BARBI
Heleki 20 li yaslardayam bele tehlukeler yoxdur. Ne ister olsun oz saglamligimiz oz elimizdedir. Her zaman orqanlarimizi qorumali onlara xususi qaygi gostermeliyik
3 avqust 2015 14:39
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv