Dünyanın ən şanslı insanı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 343
Səs ver:
(səs: 1)
Sizlərdən kimsə dünyanın ən şanslı və uğursuz insanını tanıyır? Heçkim? O zaman bu insan haqqında danılmaz faktlarla tanış olun. O haqlı olaraq son yarım əsrin ən şansı insanı hesab olunur.

Selak Frank Xorvatiyada yaşıyır və müsiqidən dərs deyir. Bu insanın həyatında uğursuzluq dövrü uzaq 1962-ci ildə başladı. Onun getdiyi qatar relsdən çıxıb, 2-3 dəfə diyirləndikdən sonra gölə düşüb. Hadisə zamanı 17 insan həlak oldu, Frankdan savayı.  

Bu hadisədən düz bir il keçdi. Selak təyyarə ilə səfərə çıxdı. Havada təyyarənin germetizasiyası korlandı, nəticədə salonun yan lyuku qopdu. Bizim bu zavvalımızı hava sovurub təyyarədən çölə atır. Daha sonra qospitalda özünə gələndə ona xəbər verirlər ki, onu samanlıqda tapıblar, təyyarə partlıyıb və hamıda həlak olub.  

Daha sonra 1966-ci ildə Frank avtobusda qəzaya uğrayır. Hadisə zamanı dörd nəfər həlak olur, Frank ise bir neçə cizigla sağ qalır.  

1970-ci ildə Frankın avtomobili hərəkət zamanı alışıb yanmağa başlayır. O maşından çıxıb onu söndürməyə çalışdığı zaman avtomobil partlıyıb. Selak yenede sağ qalıb.

Üstündən 3 il keçdikdən sonra avtomobildə daha bir nasazlıq baş verir. Yanacaq sistemində baş verən nasazlıq nəticəsində avtomobilin salonunda yanğın baş verir. Frank bu dəfədə sağ alır, amma başının tüklərinin bir hissəsi yanır.  

22 il ərzində bu başıbəlalı insanın həyatında heçnə baş vermir. 1995-ci ildə isə daha bir qəza baş verir, avtobus onu vurur. Hətda bundan sonrada Frank sağ qalır.   

Üstündən bir il keçdikdən sonra Frank öz avtomobili ilə dağ yolu ilə hərəkət edərkən, üzərinə yüksək sürətlə gələn yük avtomobilini görür.  1-2 saniyə ərzində Frank avtomobili dərəyə tərəf döndərir və özünü avtomobildən atır. Bununlada o yük avtomobili ilə toqquşmaqdan canını qurtarır və dərəyədə düşmür. Əfsuslar olsunki avtomobillə vidalaşmalı olur. Frank isə yenədə sağ qalır.

2003-cü ildə Frank Selak adi lotereya bileti alır və bir milyon ABŞ dolları udur. Bu onun həyatında aldığı ilk bilet idi. Həmin vaxt onun 74 yaşı tamam oldu. Həmçinin bu uğurlu ildə o beşinci dəfə evləndi.  

Bax belə, dünyanın ən uğursuz eyni anda ən şansli insanının həyat tarixi – Xorvatiyalı bir musiqi müəllimi. 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri