Ölümcül xərçəng xəstəsi olan Erma Bombeck-in ölmədən öncə yazdıqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 139
Səs ver:
(səs: 3)
Başqa bir həyat verilsəydi əgər mütləq bunları edərdim, hərdəqiqəmi, hər saniyəmi qiymətləndirərdim. Boşuna keçmiş bir anım belə olmazdı...

"Həyatımı yenidən yaşaya bilsəydim əgər;
Xəstələnəndə  yatağa girər ,istirahət edərdim.
Mənsiz heç nə edə biməzlər ,hər iş tökülüb qalacaq deyə deyə düşünməzdim..

Gül şəklindəki çəhrayı şamı saxlamazdım ,yandırardım...

... Daha az danışar, amma daha çox dinləyərdim..
Yerlər çirklənsə, süfrəm ləkələnilsə belə daha çox yaxınlarımı ,dostlarımı axşam yeməyinə dəvət edərdim..

Oturma otağında televizora baxarkən, partlamış qarğıdalı yeyərdim. Yerlər ləkə olacaq, bulanacaq  deyə qorxmazdım.. 

Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım.. 

Həyat yoldaşımın məsuliyyətlərini daha çox paylaşardım..

Saçım dağlmasın deyə, avtomobilin şüşəsini qapatdırmazdım...

Ətəyimin ləkələnilməsinə fikir vermədən çəmənlikdə oturardım..

Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim...

Ömür boyu zəmanətlidir deyilən heç bir şeyi satın almazdım..

Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə, hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamanın nə qədər möcüzə olduğunu fərq edərdim... Bu o qədər nadir bir hadisə ki.. Möcüzə kimi bir şeydir...

Uşaqlarım məni öpmək istədiklərində, əsla "Əvvəl get əllərini üzünü yu" deməzdim... Onlara daha çox "səni sevirəm", ondan da daha çox "üzr istəyərəm" deyərdim..

Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey; hər dəqiqəsini qiymətləndirmək olardı..

Diqqətlə bax.. Həqiqətən gör.. Yaşa.. İmtina etmə..

Kiçik şeylər üçün şikayət etmə.

Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı..

Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım..

Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün
şükr edin..

Tək bir həyatınız var və bir gün sona çatacaq...
Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz...
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri