Gəlinlik niyə ağ rəngdədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 259
Səs ver:
(səs: 0)
Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi.

Ağ gəlinlik adətinin dəbə düşməsi 16-ci yüzillikdə olmuşdur. Bu illərdə kraliyyət ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra Ingilis və Fransız yazıçılar ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı. Evlənərkən ağ geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu.

Gəlinliklə bağlı bəzi batil inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan öncə onu gəlinliklə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.
 
Söz evlənməkdən açılınca nişan üzüyündən də bəhs etmək gərəkir. İnsanların evlənincə üzük taxmaları qədim misirlilərin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitiş nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinə simvolizə edirdi. Sonra bu inanc və adət romalılar vasitəsilə geniş yayıldı. Qazıntılarda o dövrlərə aid çox maraqlı nişan üzüklərinə rast gəlinmişdir.

Nişan üzüyünün sol ələ və sondan bir öncəki barmağa taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aid yanlış bir insan anatomiyası məlumatıdır. O zamanlarda qan dövranı sistemimizdəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zənn edilirdi. Beləcə bura taxılan üzüklər evli cütün qəlbən bağlılığını göstərirdi. İndi damarların haradan gəlib haraya getdiyi bilinsə də bu da bir adət olaraq qalıb.

Sizə seçim verilsəydi gəlinliyin nə rəng olmasını istərdiniz?
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri