Xəbərçilik etmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 14 684
Səs ver:
(səs: 2)
İctimai münasibətlərə xələl gətirən mənfi və olduqca xoşagəlməz xüsusiyyətlərdən biri də xəbərçilikdir. Bu ruhi xəstəliyin qoyduğu mənfi təsirlərdən biri də insanların bir-birlərinə qarşı etimadsızlığı, kin-küdurət, ədavət və sairə xoşagəlməz hallardır. Xəbərçilik ixtilafların yaranmasına səbəb olan ən başlıca amillərdən biri olduğu üçün Quranda və nəql olunmuş rəvayətlərdə bu mətləbə dəfələrlə işarə olunmuş və o, böyük günahlardan biri kimi göstərilmişdir.
Xəbərçiliyin tərifində deyilir: Hər hansı bir şəxs barədə danışılan zaman dinləyicinin deyilənləri olduğu kimi həmin şəxsin özünə çatdırmasına xəbərçilik deyilir. Məsələn, «filan şəxs sənin barəndə belə fikirdədir» — demiş olsun. Bunu da qeyd edək ki, həmin şəxs barədə yalnız mənfi təəssürat yarada bilən sözlər xəbərçiliyə çevrilə bilər. Məlumdur ki, hər hansı bir şəxsi təriflədikdə kin-küdurətə səbəb olacaq heç bir yaranmır. Görkəmli islam alimlərindən olan Şəhid Sani xəbərçilik haqda deyir: Xəbərçilik o sirlərin açılmasına deyilir ki, deyən və ya nəzərdə tutulan şəxsi sarsıtmış olsun. Bu tərifə əsasən sirrin açılması istər ifadə, istər yazı, istərsə də işarələrlə olsun, xəbərçilik xüsusiyyəti daşıyır. Möminlər, qohum-əqrəba və dostlar arasında ixtilaf və ədavətin salınması qətiyyətlə pislənir və bu iş böyük günahlardan sayılır:

«...Fitnə, qətldən daha şiddətlidir...»
«...Fitnə salmaq vuruşmaqdan daha betərdir...»
Fitnə-fəsada və düşmənçiliyə səbəb olan xəbərçilik haqda deyilir:
«[Dalda] qeybət edib [üzdə] tənə vuran hər kəsin vay halına!»
«Və həm də itaət etmə [yalan yerə] hər and içənə, alçağa.
Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə.»

Peyğəmbər (s) səhabələrə xitab edərək buyurur:  Sizin içərinizdə olan ən pis şəxsləri özünüzə tanıtdırımmı?
Dedilər: Bəli, ya Rəsuləllah!
Buyurdu: O kəsdir ki, daim əməli-saleh insanların eyb vəçatışmazlıqlarını axtarar və dostlar arasında təfriqə yaratmaq istəyər.

Başqa bir hədisdə deyilir:  Allahın daha çox nifrət etdiyi şəxs o kəsdir ki,əməli-saleh insanların eyb və çatışmazlıqlarını axtarar və xəbərçilik etməklə dostlar arasında təfriqə yaratmaq istəyər.

Әli (ə) buyurur:  Xəbərçilikdən uzaq olun. Çünki xəbərçilik düşmənçiliyə, insanın Allahdan və camaatdan uzaq düşməsinə səbəb olur.

Peyğəmbər (s) xəbərçiliyin müsəlmana yaraşmayan bir xüsusiyyət olması haqda buyurur: Xəbərçilik və düşmənçilik [Cəhənnəm] odundadır. Bu iki şey müsəlmanın qəlbində özünə yer tapmaz.

Xəbərçilik və düşmənçilik Cəhənnəm odundadır - dedikdə, Peyğəmbər (s) Cəhənnəm əhlini nəzərdə tutur və belə bir xüsusiyyətə malik olan şəxsləri müsəlmançılıqdan xaric edir.
Başqa bir hədisdə buyurur: Xəbərçilər Cənnətə daxil olmazlar.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 14 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri