Əsl Xoşbəxtlik...

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1855
Paylaş:
Səs ver:
(səs: 2)
alt


Paltarından xeyli varlı bir ailədən gəldiyi məlum olan kiçik bir qız, ovucundakı pul dəstəsini sıx tutaraq rəfləri araşdırırdı. Bura şəhərin ən böyük oyuncaq magazasıydı. Axtarılan hər şeyin olduğu, bitməz tükənməz rəf koridorlarının olduğu mağazalardan biri... Rəflərin arasında eləcə gəzişərkən, fikri kuklalardan birində qaldı. Möhtəşəm bir körpə idi bu. Dünya gözəli üzlü və ipək məxmər paltarlı möhtəşəm körpə. Atasına döndü, körpəni işarə etdi və: "Ovucumdakı pul bəs edər?" deyə atasından soruşdu. Atası, başı ilə "bəli" deyərcəsinə müsbət bir hərəkət etdi. Körpəni qucaqladı və dəhlizi təqib edərək kassaya dogru getdi.

Tam bu sırada eynilə özü kimi, atası ilə alverə çıxmış bir kiçik uşaq gördü. Qısa şalvarda idi, köynəyi də köhnəlmişdi. Uşağın əlində bir neçə dollar var idi. Rəfdəki oyunlardan birinin qarşısında həyəcanla dayandı. "Elə istədiyim budur ata!" deyə sevincək halda səsləndi, ovucunu göstərdi və "Yetər mi?" deyə atasından soruşdu. Atasının gözləri yerə doğru əyilərkən, başı “yetməz” işarəsi verdi. Uşaq, ovucundakı pula baxdı. Oyuncağı rəf yerinə qoydu. Atasının əlini tutdu və dəhlizin ucuna dogru getdi, boyama kitablarının oldugu rəfə. Kiçik qız qucağındakı kuklaya bir daha baxdı. Sonra uşağın seçdiyi oyuncağın yanına gəldi. Kuklanı aparıb yerinə qoydu. Oyuncağı əlinə aldı ... "Yetər mi?" dedi ... Atası yenə "bəli" deyərcəsinə başını yellədi.

Kassaya getdilər, pulu ödədilər. Kiçik qız kassadakı adama bir şeylər pıçıldadı. Qız və atası, geriyə doğru çəkilib gözləməyə başladılar. Az sonra oğlan və atası, əllərində bir boyama kitabı ilə kassaya gəldilər. Kassir həyəcanla: "Təbrik edirəm!" dedi. "Bu günün 1-ci müştərisi olaraq bir hədiyyə qazandınız." Və oyun qutusunu kiçik uşağa uzatdı. ''Super!'' deyə qışqırıq saldı və atasına: "Bu mənim ən çox istədiyim şey idi bilirsən." Ata - oğul, sevinc içində dükanı tərk edərkən, içəridə qalan ata: “Nə qədər comərdsən qızım. Bunu niyə elədin?” deyə soruşdu. Qızı cavab verdi: -“Sən anamla birlikdə bu pulu mənə verdikdə “Səni ən çox xoşbəxt edəcək bir şeyi al demədiniz mi?”
- “Təbii elə dedik, şirinim!”
- “Mən də eynilə elə etdim ata. İndi nə qədər xoşbəxt olduğumu bilirsən?”

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1855
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv