Barbini bir də makiyajsız görün

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 3 097
Səs ver:
(səs: 5)
1990-cı illərdən etibarən qızların ən sevimli oyuncağına çevrilmiş Barbi gəlinciyinin makiyajsız halı çoxlarının xoşuna gəlməyə bilər.

Meksikalı qrafik ustası Eddi Aquere hər zaman mükəmməl görünən Barbini "normal” standartlara qaytarıb. Ortaya çıxan nəticə isə: gözaltı şişkinliklər, qırılmış saçlar, üz ləkələri və diş aparatı.

Qeyd edək ki, Barbi əslində Barbara Handler adlı real qadından təsirlənərək yaradılıb. 1950-ci illərin əvvəlində Barbaranın anası Ruhs qızının və rəfiqələrinin yetkin yaşa çatmış qadın oyuncaqları ilə oynamağı daha çox sevdiyini müşahidə edib. Həmin dövrədək isə yetkin kuklalar kartondan düzəldilirmiş. Ruhs 3D görünüşlü oyuncaq hazırlamağa qərar verir.

Oyuncaq istehsalçısı "Mattel” şirkətinə layihəni təqdim etsə də, onun bu təklifi ciddi qəbul edilmir.

Bu səbəbdən Almaniyaya gedən Ruhs orada "Lilli” adlı kukla alaraq ona bənzəyənini yaradıb. Hətta oyuncağın paltarları üçün professional bir dərzi ilə də razılaşır.

Daha sonra gəlincikləri bəyənən "Mattel” Ruhsun qızının adını daşıyan kuklaları 1959-cu ildən satışa çıxarıb.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 3 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri