Azərbaycana haker hücumunun hansı ölkədən həyata keçirildiyi açıqlandı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 041
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-01-23/1327263843-435.jpg

Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, hücum nəticəsində 25 sayt zərər çəkib, lakin onların işi təxminən iki saat ərzində bərpa edilib.

"Bizim apardığımız araşdırma bir gün əvvəl başa çatıb və müəyyən olunub ki, İrandan 24, Niderlanddan isə 1 hücum həyata keçirilib. Biz dünən İran tərəfinə müraciət edərək hücumların həyata keçirildiyi ünvanları dəqiq göstərmişik. Biz inanırıq ki, hücumun həyata keçirildiyi yerə baxmayaraq, həmin ölkə tranzit kimi istifadə edilə bilər, əslində isə hücum üçüncü ölkədən həyata keçirilə bilər" , - nazir qeyd edib.

"Biz inanırıq ki, bu ölkələrin dövlət strukturlarının mövcud faktla əlaqəsi yoxdur", - Abbasov bildirib.

Nazirin sözlərinə görə, yanvarın 16-da hücumlar Azərbaycan saytlarına, yanvarın 17-də İranın 35 saytına, yanvarın 19-da isə Ermənistanın 300-dən çox saytına həyata keçirilib.

"Belə faktların qarşısını almaq üçün biz təkcə İranla deyil, digər qonşu ölkələrlə də əməkdaşlıq etməliyik. Azərbaycan da mövcud əməkdaşlığı Kibercinayətkarlıq haqqında Konvensiya çərçivəsində həyata keçirir" , - nazir deyib.

Abbasovun fikrincə, mövcud hadisə bir növ siqnal xarakteri daşıyır.

"Biz bununla bağlı kompleks işlər aparmaq qərarına gəlmişik. Onlar əsasən təşkilatı və normativ-hüquqi sənədlərin hazırlanmasını, eləcə də zəruri texniki işlərin keçirilməsini nəzərdə tutur. Biz bu planda digər dövlət strukturları ilə, eləcə də digər ölkələrin strukturları ilə də əməkdaşlıq edəcəyik" , - nazir bildirib.

Abbasovun sözlərinə görə, saytların yaradılması prosesi son zamanlar istənilən səviyyədə keçirilmir, bununla bağlı nazirlik "Elektron hökumət" dövlət proqramı çərçivəsində dövlət saytlarının yaradılması üzrə audit işi keçirmək, bu növ işlərin keçirilməsi üçün müvafiq sertifikatları tətbiq etmək niyyətindədir.

Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.

Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, hücum nəticəsində 25 sayt zərər çəkib, lakin onların işi təxminən iki saat ərzində bərpa edilib.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri