“Slow life” ehtiyacı

Müəllif: tek umidim sen
Şərhlər:
Baxılıb: 469
Paylaş:
Səs ver:
(səs: 1)
Modern insanın həyatında bir gərginlik var.

İş telefonları, saysız-hesabsız e-mail-lar, telefon, Facebook, Twitter
mesajları, rəhbərliyin heç bitməyən tapşırıqları, üstəlik məişət
qayğıları...

Fiziki işlərdə çalışanlarda uzun, istirahətsiz iş rejimi...

Bu durumda insanın özünə ayıracağı zaman minimuma enir.

Ölkəmizdə kitabın az oxunmasının bir səbəbi də bu istismar mühiti, amansız iş rejimidir.

"Martin İden” romanını xatırlayırsınızmı?

Martin camaşırxanada çalışdığı günlərdə bir sətir yazmağa, heç bir sətir oxumağa da vaxt tapmırdı.

Karl Marks da insanın özgələşməsi haqda yazanda, elə bunu nəzərdə tutmuşdu.

Onun kürəkəni olan Pol Lafarq da burjua işgüzarlığından bezib insanların tənbəllik hüququnun müdafiəsinə qalxmış və "Tənbəllik haqqı” adlı bir kitab yazmışdı.

Küçəmizdə hər gün alış-veriş etdiyim marketdə çalışan ər-arvad səhər 9-dan, axşam saat 12-yə qədər mağazada olurlar.

Ya da hər gün şikayət etdiyimiz avtobus sürücüləri səhər 6-dan axşam 11, 12-yə qədər işləməyə məcburdurlar.

Bu istismar mühitində insanın özünə ayıracağı zamanı olmur.

Nə oxumaq, nə filmə baxmaq, nə də teatra getmək üçün vaxt olur.

Bu dinamik və üzücü prosesdə insan qəlbində olan müsbət təzahürlər, xoş duyğular da inkişaf etmək üçün münbit şərait tapa bilmirlər.

Qərbdə işlədilən və dilimizə "astagəl həyat” kimi tərcümə etdiyim "Slow life” insanı maşınlaşdıran istismar düzənində insanı özünə qaytaran həyat tərzi kimi səciyyələndirilir.

Müddəti uzadılmış səhər qəlyanaltıları, ürək dostları ilə uzun söhbət, telefonların bağlanması, Facebook-un deaktiv edilməsi, gözəl həftəsonu istirahəti, bir dəniz, ya da dağ tətili, bir ağac altında kitab oxumaq, bir meşədə noutbukdan filmə baxmaq, həyatın mənası haqda uzun düşüncələrə dalmaq...

Bütün bunlar "Slow life”ın təmrinləridir, amma, əlbəttə ki, vahid bir resept yoxdur.

Məsələn, mən uzaq bir kəndə gedib Tolstoyun "Hərb və sülh”ünü oxumaq istəyirəm.

"Slow life” ölkəmizdə bahalı bir həyat tərzidir, bir sosialist kimi bunu qeyd etməmək olmazdı.

Amma mümkünlük sferasında adiliyin, cariliyin fövqünə ucuz başa gələn metodlarla da çıxmaq mümkündür.

Həyatın sürətini bir az yavaşıtmağa ehtiyac var.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 469
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv