Həqiqətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 499
Səs ver:
(səs: 1)
Bu dünyada yaşayan yeddi milyard insan hardasa eyni şeyi istəyir...
Sevməyi, sevilməyi, güvəni, xoşbəxtliyi, dincliyi, sağlığı, dəyərli olduğunu bilməyi, dostluğu, sevinci, özünə maddi rifah gətirəcək imkanları istəyir həyatında... Amma bütün bunlara sahib insan sayı yeddi milyard insan içində neçə nəfər insan? Çox, az.

İnsanlıq ruhu böhran yaşayır. İnsanlıq niyə bu vəziyyətdə?
Özümüzü və həyatın hər sahısindəki inanclarımızı dərindən sorğulamaqda xeyir vardır.
Hər birimiz bu planetdə yer tuturuq. Planetinhavasını, suyunu, yeməyini alırıq. Təbii məhsullarından faydalanırıq. Kirlədirik təbiətimizi, zərər veririk, qanundan kənar olaraq zibil atırıq nəfəs aldığımız ərazilərə. Bunları davamlı edirik.
İnsandan başqa hansı canlı qarnını doyuzdurmaq və özünü qorumaq xaricində digər canlıları da öz növünü də mərhəmətsizcəsinə öldürür?
İnsanlıq planetin xərçəng xəstəliyi olmuş sanki...

Din, məhzəb, etnik, irq, cinsiyyət, cinsəlliyi təyin etmə fərqliyi üzündən bu planetdı hər gün minlərcə insan yenə insanlar tərəfindən yaralanır, öldürülür. Müxtəlifliyə, fərqliliyə hörmət etməyi bilimirik. Bizdən olmayanlar/ bizdən olanlar ayayrı- seçkiliyini həyatımızın bir çox sahəsində edirik.
Bir də "dünya niyə bu vəziyyətdədir?, biz niyə xoşbəxt deyilik" deyə suallar veririk öz- özümüzə- Nə qədər eqoistcəsinə və yanlış fərziyyələrlə yaşadığımız hissinə belə qapılmırıq. Xəstə inanclarla, sağlam olmayan fərziyyələrlə davam etdiyimiz bu həyatın nəticəsi də insanlıq ailəsinin içində olduğu faciəvi vəziyyəti yaratmış oluruq.
Həyat sadəcə yaxşı diplom, yaxşı iş, daha yaxşı həyat yoldaşı, yaxşı övladlar, daha rahat və komfortlu ev, səviyyəli maşın, daha çox pul, daha rahat və yaxşı təqaüdçülük, daha yaxşı müalicə- öldükdən sonra da Cənntdə yaşamaqdanmı ibarət?
Tez yaşlanar insan, lakin eyni zamanda yetkinləşməz. Yaş ötər çoxu zaman, fikirlər formalaşmaz. Tanımaz özün, dərk etməz. Bilmədiyi halda, "çox bilərəm" deyər. Münasibətdə olduqları insanları tanımaz. Dünya həyatını dərk etməz. Dar düşünər. Məqsədlərin bilməz bəzən. Ən pisi də sevməyi bilməz. Və bu bilmədiklərimiz bizə zərər verər.

Dünya bu dəqiqə böyük böhranda. İnsanlığın yaşadığı bu böhran zənn edildiyi kimi iqtisadi və ya siyasi deyil. İnsanlıq ruhu böhran yaşayır. Bu səbəblə də insanlıq siyasi, iqtisadi və ya da hərbi müdaxilələrlə, islahatlarla düzlüyə çıxmaz.
Dünya dövlətləri bugünə qədər hansı problemi qalıcı olaraq siyasi, iqtisadi tədbirlərlə, hərbi qüvvələrlə həll edə bildi ki?
Siyasi və iqtisadi sistemdə islahat edərək insanlığın gələcəyini dətişdirmək olmaz.
Bəlli bir müddətə qədər bəlkə, amma bir müddət sonra həmən problemlər qabararaq qarşımıza çıxacaq...

Yeni bir baxış bucağına ehtiyacımız var.
Ruhi ölçüdə kim və nə olduğumuzun şüuruna çata bilməzsək, qlobol ölçüdə dövlətlərin bütün dünyada aclığı ortadan qaldırmaq, təhil və sağlamlıq üçün lazım olan pulu silahlanmağa xərcləməyə davam edərik.
Dövlətlər yeni şirkətlə qurur: Təbiəti öldürən, insanlıq arasında qarışıqlıq salan, fitnə- fəsad yaradan şirkətlər. Təhsil sistemi sanki beyin yuma maşınıdır. Xalqlar şüur baxımında cahil buraxılır. Cahili isə idarə etmək asandır.
Dinlər, məhzəblər, tarix boyu insanların bir- birinə düşmən kəsilməsinə səbəb oldu. Hər kəs doğulduğu torpaqda hakim olan dini, əəvəlcədən öyrəndiyi, bildiyi prinsipə əsasən: "Mənim inancım səninkindən daha yaxşıdır: deyir. Hamı öz yolunun ən doğru olduğunu deyi.
Böyümək və yetkinləşmək, dünya həyatını və yaradılışımızı dərk etmək məcburiyyətindəyik. İnsanlar inkişaf etdiyi zaman inqilaba ehtiyac qalmayacaq. Sevginin sərhədsiz gücünü hər insan bilməlidir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri