OSHO - " Həyat qorxunun bitdiyi yerdə başlar ."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 773
Səs ver:
(səs: 1)
Günün birində gözəl bir gələcək doğulacaq ümidi ilə bu günü öldürürsən. Gözəl bir gələcək ancaq bu günü gözəl yaşasan doğula bilər.

"Sevgi istəyirəm" demək əvəzinə, sevgi verərək başla. Almağı unut. Sadəcə ver. Və mən səni əmin edirəm ki, daha artığını alacaqsan.

Bu bədən ölüm tərəfindən alınacaq. Amma ölüm tərəfindən alınmamışdan qabaq onu sevgiyə bağışla.

Olmaq istəyirsənsə, , hirsli də ol, nifrət də et, qısqanc da ol, azadsan. Amma bunları edərkən hər şeyin fərqində ol. Əgər fərqində olmayıb zəkanın arxa planda qalmasına icazə versən bu duyğuları yaşamanın əsl zövqünə çata bilməzsən.

Özünü qəbul et.Özünü qəbul etdiyin anda gələcəyə ehtiyac qalmaz çünki hər hansı bir şeyi inkişaf etdirmə ehtiyacı olmaz.Hər şey yaxşıdır,olduğu kimi daha yaxşıdır.Bax elə bu anda həyat yeni bir reng alacaq

Əgər dünyanın böyük bir dəyişimə ehtiyacı olduğunu hiss etsən, özünə ən yaxın dünya ''sən'' olarsan. Elə ordan başla!

Müqəddəs məkanlar yaratmağın tək səbəbi daxili yolçuluğa kömək etməkdir.

Həyat,qorxunun bitdiyi yerdən başlar

İnsanlar saxta dəyərlər yaratmaq mövzusunda çox peşəkardır.Gerçək dəyərlər sənin bütün varlığını tələb etdiyi halda saxta dəyərlər çox səthidir.Formal xarakterlidir.Məsələn,sevginin,güvənin yerinə saxta bir dəyər yaratdıq: sədaqət.Sadiq insan sevgi ilə sadəcə səthi olaraq bağlıdır.Davamlı sevgi davranışları göstərir amma bunlar bir anlam ifadə etməz.Qəlbi davranışların kənarında qalır

Gərək gündə bir neçə dəqiqə yalnız qalasan.Yoxsa tozlanarsan.O toz üzündən gözlərin dünyanı görməz və ya doğru görə bilməz.

Ayrılıq qaçılmaz bir sondur.Heç kim istemez amma olması gereklidir.Çünki heyat olduğu kimidir,olması gerekdiyi kimi deyil

Qadını dinlə. Qadını o qədər çox dəyərsiz hesab etmisən, ona o qədər çox zülm etmisən ki artıq onu eşitməz hala gəlmisən. Artıq ona qulaq verməlisən, bəzi şeyləri qaydasına salmağın vaxtı gəlib çatıb. Heç olmasa şəxsi həyatında qadının mümkün olduqca çox azadlığa (özünə icazə verdiyin qədər) çıxmasına icazə ver. Onun ayağa qalxmasına kömək et ki, sənin sayəndə yenidən çiçək aça bilsin. Əgər bütün qadınların öz bacarıqlarını,öz dahiliklərini inkişaf etdirmələrinə icazə versək çox gözəl bir dünyaya sahib olarıq. Əsas mövzu bu deyil, heç kim nə üstdə, nə də aşağıda deyil. Qadınlar qadındır, kişilər kişi. Onların təbii ki, fərqli tərəfləri var,amma bu fərqlər heç kimi nə yuxarıya, nə də aşağıya aparmır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri