Əvvəl özünüzü sevin..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 191
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-01/1328110919-716.jpg 

Əvvəl insan özünü tanımalıdır. Siz kimsiniz? Bunu özünüzdən soruşdunuzmu?
Ad və soyadınızı səsli söyləyərək başlayın özünüzü tanımağa. Əvvəl özünüzü
sevin. Bəli gülməlidir bəlkə amma. Ən son nə vaxt saçınızı oxşadınız?
Özünüzə dəyər verməsəniz, heç kimə dəyər verə bilməzsiniz. Özünüzə laqeyd
yanaşmayın. Mən hər gün öz saçlarımı oxşayıram. Bu rahatlıq verir və motivasiyadır.

İnsan var olduğunu hiss etmək üçün danışmalıdır. Səssiz bir mühitdə,
gözlərinizi bağlayıb, adınızı söyləyin özünüzə. Öz eqonuzu hiss edin.
Varlığını hiss etməyən hər insan əslində, izdihamda belə təkdir. Əvvəl hiss et..

ABŞ-ın Los Angeles şəhərində olan Kaliforniya Universiteti araşdırmalarına görə, meditasiya ilə beynin bəzi bölgələrini böyütmək mümkündür.

Araşdırmada iştirak etməkdə olan Eileen Luders meditasiya edənlərlə əlaqədar, müsbət həyəcan, duyğu idarəsi, diqqətli davranış kimi xüsusiyyətləri göstərdiyini ifadə etmişdir.
Araşdırmada, Zazen, Smatha və Vipassana kimi meditasiya texnikası tətbiq etməkdə olanların, duyğuları təşkil etdiyi və hippokampus, ön korteks, talamus, iç gicgah girus bölgələrinin daha böyük olduğu görülmüşdür.

Siz istəsəniz bunları edə bilərsiniz. Xəyal qurmalısınız. Özünüzə zaman ayırıb, müsbət və reallaşmasını istədiyiniz xəyallar qurun. İnanmaq lazımdır. İnam, yolu yarıya gedə bilməkdir. Əvvəl inanın, reallaşacaq. Dərin bir nəfəs alıb, verin. Başlayın gözəl xəyallar
qurmağa. Gözlərinizi bağlayın. Məsələn; indi dənizdə üzürsünüz. Və hər ürək
atışınız da, sizi üzən pis bir hadisəni xatırlayıb, geri də buraxdığınızı
düşünün. Yəni siz irəli getdiniz artıq. Sizi üzən hadisə, arxada qaldı. Keçmiş
oldu. Siz gələcəkdəsiniz. Ruhunuzu təmizlədiniz. Quruya çıxa bilərsiniz.
Bu motivasiya məzmunlu xəyaldır. Yəni rahatlaşmaq üçün bu tərzdə xəyal
qurula bilər. Gözəl və olmağını istədiyiniz xəyallarda qura bilərsiniz. Sevdiyiniz
adamı düşünüb, onunla evləndiyinizi xəyal edin. Müsbət enerjilər sizə
dinclik verəcək. Özünüzü sevin...

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri