Xoş gəldin Həyat!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 365
Səs ver:
(səs: 2)
Həyat macəradır..Dənizdəki fırtınalar arasında olan bir macəra..Bir liman axtardığımız, səssizlikdə özümüzü rahat hiss etdiyimiz bir macəra. Göyqurşağından daha rəngli və əyləncəli...Dənizdəki bu yolda nə gəldim deyib gəmidən enə bilərsən, nə də yoruldum deyib dayana..

Bir tək dostlarındır səni heç bir zaman tək qoymayanlar..Bəzən qara buludlar gəlsədə,yenədə gülümsə..Gəncsən, gedəcəyin limanlar daha çoxdur.
Bəzən bitti deyəndə belə,hər şey təzə başlamış olar..İnsan pozitiv düşünəndə pozitiv yaşamazmı? Sevməli deyilikmi dünyanı? Sevməliyikki,həyat da bizi sevsin..Almasın yanımızdan sevdiklərimizi...

Qəlbin yeni həyəcanlarla vurarkən, xoşbəxtliyi bütün ürəyinlə yaşayarsan. Heç vaxt qaçırma bu fürsəti..Mənasız üzüntülərlə qaraltma ürəyini, böyüt içində solmuş ümidləri...Həyat gülən üzlə baxanda sənə, sən də aç qollarını qucaqla dəli kimi əsən küləyi..
Bil ki, hərəkət yalnız paylaşmaqdadır. Sil üstündəki bütün küskünlükləri..At bir qırağa..Qurtul onlardan..Və yenə gülümsəyərək de ki,
Xoşgəldin Həyat....
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri