Gündə neçə saat yatırsınız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 555
Səs ver:
(səs: 2)
ABŞ-ın Pensilvaniya Universiteti yuxi ilə qidalanlmaya dair maraqlı araşdırma aparıb. Məlumatda bildirilir ki, nə qədər yatdığımız hansı xəstəliklərə yoluxma riskimizin daha çox olduğunu müəyyən edir. Yuxu tipinizi bilərək həm xəstəliklərdən qoruna, həm də necə qidalanacağınızı öyrənə bilərsiniz.

1 tip - Çox az yatanlar: 0-4 saat
Gün ərzində özlərini halsız, yuxulu hiss edirlər. Bədənləri çox zaman susuz qalır və xəstəliklərlə bağlı mübarizədə aciz olur. Piylənmə və diabet kimi xəstəliklər riski böyük olur. Hüceyrələrdəki şəkər hormonunu tənzimləyən insulin azalır. Bu şəkildə yatmaq yüksək təzyiq riskini artırır və nəticədə diabet yaranır. Çox az yatanlar çəki artırmağa da meylli olurlar. Onlarda stress hormonu olan kortizolun səviyyəsi yüksəlir və iştahları açılır.
Bu tipdə yatanlar günə 1 stəkan pomidor şirəsi ilə başlaya bilərlər. Qırmızı bibər və ya qreyfurt kimi meyvə-tərəvəzdən də faydalanmaq olar.

2 tip - Gündə 5-6 saat yatanlar
Az yatanlar çox kalori istifadə edənlərdir. Bu tipdə yuxu yatanlarda C vitamini əskikliyi ola bilər. İflic və infarkt riski yüksəkdir. Az yuxu ürək xəstəlikləri risqini də artırır. Yaxşı ki, gündəlik rasiona C vitamini əlavə etmək elədə çətin deyil. Məsələn limon, naringi, portağal yeyin, gündə bir necə ədəd qozdan istifadə edin.

3 tip - Çox yatanlar: 9 saat və daha çox
Belələri 9-saatdan çox yatsalar da özlərini yorğun hiss edirlər. Beyin üçün önəmli maddələrin alınmasında problem yarana bilər. Çox yatmaq yorğunluq, enerjisizlik kimi fəsadlara yol aça bilər. Əgər çox yatanlar kateqoriyasına aidsəniz gün ərzində azı 30 qram qara şokolad yeməlisiz. Daha çox hind quşu əti, yumurta kimi məhsulları rasiona daxil etmək olar.

4 tip - İdeal yuxu: 7-8 saat
İdeal yuxu yatanların qidalanması bir tipli olmur. Onlar hər şeydən az yeməyə və çox su içməyə çalışırlar. Beyin hər növdə vitamin aldığı və susuz qalmadığı üçün artıq yemək tələb etmir və xəstəlik riski azalmış olur.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri