Qəribə bir etiraf.. Mənim qəbirsanlığım var! Bu qəbirsanlıq mənim üçün
vaxtı ilə dəyərli olan insanlar üçündür. Onlar bilə-bilə öldülər, amma
mənim üçün həmişəlik ölüblər. Qəbirsanlığımda mənim dostlarım,
rəfiqələrim, mənə qarşı satqınlıq edən insanlar, mənim hisslərimə
xəyanət edən insanlar dəfn olunublar. Hərdən mən qəbirsanlıqda gəzirəm
və orada birçox qəbirlərin yanında dayanıb, qəbrin üzərinə gül qoyuram
və sadəcə yan keçirəm.. Qəbirsanlığım mənim içimdədir..Onun haqqında
heçkim bilmirdi.. Bu qəbirsanlıq digərlərindən çox fərqlənir.. BUra hər
zaman təmiz və gözəldi. Çünki burda vaxtı ilə mənə dəyərli olan
insanların qəbri var. Hərdən mən onları görürəm.. Küçədə, məclisdə,
internetdə və s..=)
amma mən heçnə dəmədən keçib gedirəm.. Mənim üçün ağır və acılı deyil..
Axı onlar ölüblər! Onlar bu haqda bilmirlər.. Nə olsun? Mən ki bilirəm.. Əsas
mənəm! Mən onları dəfn etdim çünki istəmədimki onları görəndə hər dəfə
xoşagəlməz sözlər danışım. Axı ölülər haqqında pis danışmazlar..!
İndi isə bağışlayın, siz ölmüsünüz amma mən yaşamağa davam edirəm!