intimoda qoruyucu məcburiyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 014
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-01-26/1327586057-435.jpg

Məqsəd HİV-dən qorunmaqdır

ABŞ-ın Los-Anceles şəhərində intimo filmlərdə aktyorların prezervativlərdən istifadə etməsi haqda qanun qəbul edilib. Qanuna görə intimo filmlərdə çəkilən aktyorlar məcburi şəkildə prezervativdən istifadə etməlidirlər.

Ötən il bir intimofilm aktyoru HİV pozitiv çıxmış və ölkədəki intimofilmlərin istehsalı bir müddət dayandırılmışdı.

Los Anceles bələdiyyəsinin sədri Antonio Villaraiqosanın imzaladığı qanun, tibb çevrələrində xoş qarşılanıb. Amma intimoçuları narahat edib. Onlar bildirirlər ki, bu qanundan sonra şəhəri tərk etməyə məcbur ola bilərlər.

Amerikanın intimo sənayesinin ürəyi sayılan Los Ancelesin San Fernando məhəlləsi milyardlarla dolların qazanaldığı yerdir. ABŞ-da çəkilən intimo filmlərin 90 faizinin məhz burada istehsal edildiyi təxmin edilir.

Yeni qanunun necə tətbiq ediləcəyi hələ bəlli deyil. Bu barədə hələ ki, müzakirələr davam edir.

Mərkəzi Los Ancelesdə yerləşən AİDS-lə mübarizə fondu da belə bir qanunun qəbul edilməsindən məmnun olduğunu bildirib. Fonddan bildiriblər ki, bu qanun cinsi yolla yayılan xəstəliklərin qarşının alınmasına kömək edəcək. Fond intimo filmlərdə prezervativlərdən istifadə olunmasının məcburiliyi haqda qanunun qəbul edilməsi üçün 6 aydır kampaniya aparırmış.

BBC-nin xəbərinə görə "Los Anceles şəhəri doğru qərar çıxarıb", - deyən fondun rəhbəri Maykl Uensteyn şəhəri tərk edərək başqa yerlərdə fəaliyyətini davam etdirəcək intimo aktyorları nəzarət altında saxlayacaqlarını bildiriblər.

intimo istehsalçıları isə deyir ki, prezervativ istifadə edilən filmlər tamaşaçı rəğbəti qazanmır. Ona görə də filmlərdə prezervativ istifadə edilmir.

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri