Ev şəraitində bəyaz dişlərə necə sahib olaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 606
Səs ver:
(səs: 5)
alt

Cazibədarlığınızı və özünə inamınızı artırmaq gözəl bir gülümsəmə ilə mümkündür. Çox pullar xərcləmədən dümağ parlayan dişlərə sahib olmaq düşündüyünüzün əksinə təbii üsullar ilə çox sadədir. Dişlərinizi ağartmaq üçün təbii üsulları yazımızın davamında tapa bilərsiniz.

Gözəl bir gülümsəmə hər qadının cazibədarlığını artırar. Dümağ parlayan dişlər üçün böyük bir səy və çox pul xərcləmənizə ehtiyac yoxdur. Təbii üsullarla da bunu əldə edə bilərsiniz.

 

Dişlərinizi ağartmaq üçün tibbi üsullar yerinə daha zəhmətsiz təbii ağartma üsullarını sınamaq istəyirsinizsə, yazımıza nəzər salın. Çox maraqlı tapacağınıza əminik!


 alt

Zeytunyağı

 

Zeytunyağı, təəccüblü bir gülümsəmə üçün bəlkə də ən asan həlldir. Dişlərinizdəki bütün tünd ləkələri ortadan qaldırar və etibarla dişləri ağardar. Bir parça pambığı götürüb zeytunyağına batırın və dişlərinizə sürtün. Bir neçə dəqiqə içində, fərqi qətiliklə görəcəksiniz!

 

Portağal qabığı

 

Sitrus bitkiləri, yalnız dəri və bədən baxımında deyil, eyni zamanda diş baxımında da istifadə edilir. Portağal qabıqlarının iç qismi ilə dişlərinizi sürtün, daha sonra soyuq su ilə ağızınızı yaxalayın. Ləkəsiz bir gülümsəmə üçün çox kompleks və bahalı əməliyyatlara gərək olmadığını görəcəksiniz.

 

Qurudulmuş dəfnə yarpağı

 

2 çay qaşığı qurudulmuş və ya toz şəklindəki dəfnə yarpağını və 2 çay qaşığı incə rəndələnmiş portağal qabığını qarışdırın. Dişlərinizi bu qarışıq ilə 4-5 dəqiqə boyunca yaxşıca yuyun. Daha sonra soyuq su ilə ağızını təmizləyin və nəticəyə baxın!

 

Ağ sirkə

 Diş fırçasının üzərinə bir neçə damla ağ sirkə tətbiq edin və dişlərinizi fırçalayın. Sonra soyuq suyla durulanın. Nizamlı olaraq bir neçə tətbiqin ardından, sirkənin ağartma təsiri sayəsində mükəmməl bir gülümsəməyə sahib olacaqsınız!

(səs: 5)
Şərhlər: 1
Baxılıb: 4 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri