Tərk edilirsiniz, çünki… - Səbəblər

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 605
Paylaş:
Səs ver:
(səs: 2)
Hər şeyin yolunda getdiyini düşündüyünüz an birdən-birə tərk edilmə? Əlbəttə ki, bunun səbəbi sizi çox düşündürəcək. Bəs bu qəfil ayrılığın səbəbləri nə ola bilər?
Münasibətdən gözlədikləriniz fərqli ola bilər. Məsələn, o, sizə sadəcə cinsi istək üçün yaxınlaşdığı halda, siz onunla münasibətə daha romantik baxırsız. Bir müddət sonra da bu fərqlər gözə batmağa başlayır.

Aradakı yaş fərqi və düşüncə tərzinin eyni olmaması da münasibətdə bir çox ciddi problemlərə yol aça bilər. Siz evlənməyi düşünərkən sevgiliniz 20 yaşların dadını çıxarmağa çalışır.

Münasibətdə bir tərəfin daha tələskən hərəkət etməsi və münasibəti daha da irəlilətməyə çalışması, hər şeyi tezləşdirmək istəyi digər tərəfə xoş olmaya bilər. Bu, sevdiyinizi qorxudub sizdən qaçıra bilər.

Bir münasibəti davam etdirməkdə yeganə mühüm amil bir-birinə qarşı güvəndir. Bir çox səbəb güvən probleminə yol açır. Güvən yoxluğu böyük bir problemdir və çox zaman çabalamaq yerinə ayrılmaq daha yaxşıdır. Qırılan güvənin geri qazanılması çox çətindir.

Münasibətdəki problemlər çox vaxt sevginin bir addım gerisində qalır və içəridə yaşanarkən fərqinə varılmaz. Bir müddət sonra geri baxıldığında mübahisələr, alınan yaralar görülür. Artıq məhv olmuş bir münasibəti bitirmək bəlkə də ən yaxşısıdır.
 
Tərk edən cinsi baxımdan olmasa da, bəlkə də duyğusal baxımdan başqa birinə bir şeylər hiss etməyə başlaya bilər. Cinsi baxımdan da xəyanət yaşana bilər. Belə halda ayrılıq sizin üçün doğru olan qərardır.

Həyatda dəyər verdiyiniz məsələlərin uyğun olmaması da bir ayrılıq səbəbidir. Hər nə qədər dözüm göstərilsə də, tərəflərdən biri axırda təslim olacaq və gedəcək.

Bəlkə də sevdiyiniz onun üçün özəl biri olduğunuzu düşünmür. Belə halda üzüləcək bir şey yoxdur. Ən doğru qərar münasibəti bitirməkdir.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 605
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv