Xoşbəxt bir həyat üçün nə etmisən?

Müəllif: Nermin..
Şərhlər:
Baxılıb: 597
Paylaş:
Səs ver:
(səs: 0)

"Mən nə zaman xoşbəxt olacağam?” əvəzinə "Daha xoşbəxt bir həyat yaşamaq üçün mən nə isə edirəmmi?”-deyə özününzə heç sual verdinizmi?
 Demək ki, soruşmanın vaxtı gəlmişdir…  Sizin ətrafınızda hər möçüzənin gəlib sizi tapacağına və bir sehirli çubuqla bir anda həyatınızda çox şeyi dəyişəcəyinizimi düşünürsünüz? Elə bir şey yoxdur… Necə bir həyat yaşayırsınızsa tamamilə sizin seçiminiz daxilində gerçəkləşir.

 

Niyə ayaqlarım evə getmək istəmir?
Niyə bu qədər işləmək məcburiyyətindəyəm?
Niyə kimsə mənim üçün bir şey etmir?
Niyə sevmədiyim biriylə evli olaraq yaşamağa məcburam?
Niyə kimsəyə problemlərimdən danışa bilmirəm?
Niyə kimsə məni anlamır?
Niyə kimsəylə münasibət qura bilmirəm?
Niyə yük həmişə mənim çiyinlərimdə?
Niyə sevmədiyim işi etməyə məcburam?
Niyə yalnızam?
Niyə həmişə haqsızlığa uğrayıram?
Niyə heç kimə güvənmirəm?
Niyə hər şeyi mən düşünməliyəm?
Niyə qarşıma həmişə yanlış insanlar çixır?
Niyə diğər insanlar kimi xoşbəxt yaşaya bilmirəm?

 

xoşbəxt həyatCavab verirəm,  TƏK SƏBƏBİ SƏNSƏN!

 

Çünki bütün başına gələnlərə və yaşadıqlarına baxmayaraq, bunların sənin başına gəlmə səbəbini hələ də özündə yox, başqalarında axtarırsan. Başına gələnlərin tək səbəbkarı var. O da bu həyatla bağlı bütün seçimləri edən SƏN.
Sən izin vermədikcə kim sənə haqsızlıq edə bilər? Kim sənə sənin ona verdiyin dəyərdən daha az dəyər verə bilər? Kim narahat, yuxusuz gecələrinə səbəb ola bilər?
Sən izin vermədiyin müddətcə kim bütün məsuliyyəti sənin üzərinə ata bilər? Kim sevmədiyin bir işi sənə zorla gördürə bilər? Kim ətrafında bu qədər insan olmasına baxmayaraq sənin sevginin qarşısını ala bilər?
Kim sən kontrol etmədiyin müddətcə səni yalnız, dəyərsiz, uğruna bir şey edilməyəcək biri olduğunu hiss etdirə bilər?
Kim yardım istəyəcəyin nöqtədə sənə əngəl ola bilər? Kim güvənilməz insanları sənin ətrafına toplayar və insanoğlunun başına gələcək ən xoşagəlməz hadisələri sənin qarşına çıxara bilər?
Kimsə…
Artıq bəzi şeyləri dəyişmək vaxtı çatdı..
Başlanğıcı bəlkə də baxış bucağınızı dəyişməklə başlaya bilərsiniz.
Həyatına bir toxunuşla sehirli cubuq misalı təsir edəcək heç bir şey yoxdur həyatda… Dünyaya gəlişini düşün və özünə güvən… Çünki hər insan öz möcüzəsiylə dünyaya gəlir. Və insanın öz möcüzəsini gerçəkləşdirmək üçün özündən başqa kimsəyə ehtiyacı yoxdur.
Burax 5 il öncə yaşadıqlarını, 30 il öncə olanları, dünən olanları, sabah olacaqları…
Onlara mərkəzləşdikcə eyni şeyləri yaşamağa davam edəcəksən. O illərə baxdığında, bütün yaşadıqlarını sənə yaşadan sənsən. Əgər sən özünü dəyişdirə bilsən, təkrardan gerçəkləşməsindən qorxduğun şeylər qarşına çıxmayacaq.

 

 

Müəllif : Esin Nur Akyıldız


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 597
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv