Höte - "Faust" kitabından seçmələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 846
Səs ver:
(səs: 1)

Dünya üzərində qaçdım durdum; hər zövqü daddım, qeyri-kafi olandan əl çəkdim, əlimdən qaçanını isə buraxdım. Sadəcə istədim və hər istədiyimə çatdım, çatdıqca yenisini istədim; həyatımı gücdən istifadə edərək keçirdim; böyük və güclü addımlarla, indi isə onlardan imtina edərək sağlam fikirli və ehtiyatlı davranıram. Yer kürəsini kifayət qədər bilirəm, o biri dünyaya isə baxış qadağandır; qamaşan gözlərini ora çevirən və buludların üstündə özünə bənzəyən varlıqlar olduğunu zənn edənlər dəlidir! İnsan ayaqları üzərində sağlam durmalıdır və bu dünyaya baxmalıdır. Çalışqan olanlar üçün bu dünya laqeyd deyil. Sonsuzluqlarda dolaşmağa nə gərək var! Gördüyü hər şeyə sahib ola bilər, bu şəkildə dünya üzərindəki günlərini formalaşdıra bilər.

 

Zövq və səfa çəkmək, insanı pisləşdirər.

 

Yenəmi savaş? Ağlı olan bunu sevməz!

 

Trubaların səsi qulaqları necə kar edərsə, qısqanclığın oxları da insanı o cür parçalayar.  Hər zaman belə olub!

 

İnsan yaşlanır, lakin ağıllanırmı, bilinməz.

 

Güc yerinə sürət!

 

Suyun olmadığı yerdə şəfa tapılmaz.

 

Əkilənin məhsulu, zamanla alınar!

 

Suflyorluq, şeytanın sənətidir!

 

Olduğum yerdə donub qalmaqda çarə axtarmıram. Ürpərti, insanlığın ən yaxşı tərəfidir; Dünya, insanın duyğularının dəyərini artırdığı kimi həyəcanlandığı zaman da fövqəladə olanı mənliyinin dərinliklərində hiss edər.

 

Yeni bir sözdən narahat olacaq qədər dar beyinlisən? Öncədən eşitdiklərinimi eşitmək istəyirsən, hələ də?

 

İnsan, bu zərif həyatın iplilkərini hörərkən üzərində olduqca düşünməlidir.

 

Yaxşılıq istəyən insan, öncə özü yaxşı olmalıdır.

 

Budur, günəş də doğur. İşığı, gözlərimi qamaşdırır. Təəssüf ki, gözlərim ağrıyır, başımı o biri tərəfə çevirirəm. İnsanın, ən önəmli istəyinin təsiri ilə bu cür gözləri qamaşar.

 

Unutma, anlayışlı və səbrli hərəkət etsən, zamanla hər çətinliyin öhdəsindən gələrsən!

 

Eşq, xoşbəxt olmaları üçü bir cütlüyü bir araya gətirir, lakin ilahi həzzləri yaşatmaq üçün ikini üçləşdirir.

 

Zamandan yaxşı istifadə edin, çünki tez keçər. Yalnız nizamlı olmaq, sizə zamanın necə qazanılacağını öyrədər.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri