Bu kənddə kişi yoxdur!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 410
Səs ver:
(səs: 0)
Bu kənddə kişi yoxdur. Bəli, nə qədər qəribə səslənsə də, Keniyada yerləşən Umoca kəndində sadəcə qadınlar yaşayır. Əsası 25 il öncə Rebekka Lolosoli tərəfindən qoyulan kəndin öz qapılarını kişilərin üzünə bağlamasının bir neçə səbəbi var. Ümumi şəkildə qadınlar hüquqlarının pozulmasından azad olmaq üçün özlərini bu kəndə həbs edib.

Kəndin idarəçisi Rebekka gənc yaşlarında qadınların hüquqlarının pozulduğunu müşahidə etdikdən sonra, zərif cinslilər üçün yaşayış məskəni salmağa qərar verib. Bunun üçün o kişilərin buraxılmadığı kəndin əsasını qoyub. Bu kənddə dul qadınlar, fiziki zorakılığa məruz qalan xanımlar eləcə də valideynlərini itirmiş qızlar yaşayır.

Rebekanın kişisiz kənd layihəsinə qarşı çıxanlar çox olsa da, bu kənd artıq 25 ildir ki, qadınlara rahat nəfəs almağa şərait yaradır. Svahili dilindən tərcümədə "birlik” mənası verən Umocada yaşamaq indi Keniyada hüquqları pozulan xeyli sayda qadının arzusuna çevrilib. Onu da qeyd edək ki, bu kənddə yaşayan qadınlar gündəlik tələbatlarını da öz alın tərləri, əllərinin qabarı ilə təmin edir. Kənddə kişilərin yaşamasına icazə verilməsə də, onlar Umoca ərazisinə daxil ola bilirlər. Bir şərtlə ki, bu kənddə qadınların qoyduğu qanunlarla oturub-durmalıdırlar. Əks halda onları cinayət məsuliyyəti gözləyəcək.

Həyat şəraiti ağır olsa da, umocalı qadınlar yaxın gələcəkdə vəziyyətin yaxşılaşacağına ümid edir. Belə ki, onlar kustar üsulla hazırladıqları əşyaları bu qeyri-adi kəndi görmək üçün gələn və gündən günə sayları artan turistlərə satmaqla normal qazanc əldə edirlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri