Hansı orqanımız nə vaxt işləyir?

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 900
Paylaş:
Səs ver:
(səs: 4)
Məlumdur ki, bütün orqanlarımızın gün ərzində aktiv olduğu müəyyən vaxtlar var. Bu vaxtları bilməklə biz onların daha yaxşı fəaliyyətini təmin edər və onların çox zora düşməsinin qarşısını almış olarıq.

Ağciyərlər gecə saat 3-dən səhər 5-ə kimi aktiv işləyir.

Saat 5-dən 7-yə kimi qalın bağırsağın fəaliyyəti başlayır. Bu aralarda ayağa qalxmısınızsa, yaxşı olar ki, su içəsiniz, həmçinin quru meyvələr yeyə bilərsiniz. 7-dən 9-a qədər mədə işləməyə başlayır. Bu vaxtlarda yaxşı olar ki, sıyıq və müsli yeyəsiniz. Bunlara meyvə və qoz qatmaq da olar.

Bir az sonra saat 9-dan 11-ə kimi mədə istirahət edir. Mədəaltıvəzi aktiv çalışmağa başlayır. Yaxşi olar ki meyvə ya yağsız qatıq yeyilsin. Günorta naharına yaxın 11-dən 13-ə qədər ürək aktiv çalışır, yemək yeyilməsi məsləhət deyil. Əgər yemək yeyilərsə, şorba ya salat yeyilməsi məsləhətdir. 13-dən 15-ə qədər yoğun bağırsaq aktiv hərəkət edir.

Böyrəklər və sidik kisəsi 15-dən 19-a kimi intensiv işləməyə başlayır. Bu aralarda çoxlu maye içmək lazımdır. Axşam yeməyinə toyuq, balıq, krivetka, həmçinin qarnir kimi pörtlənmiş tərəvəzlər məsləhətdir.

Saat 19-dan 21-ə kimi böyrəklərin istirahət vaxtıdır. Buna görə, bu aralar mayeni az içmək lazımdır, həmçinin yemək lazım deyil. Bu saatlarda qan dövranı intensiv hərəkət edir. Bu saatlarda axşam gəzintisi üçün ən yaxşı vaxtdır.

21-dən 23-ə kimi istədiyiniz işlə məşğul olmaq olar.

23-dən 01-ə kimi mədəaltıvəzin funksiyası işə başlayır. Qətiyyən heç bir yağlı qida yemək olmaz. Yalnız az meyvə yeyə bilərsiniz. Gecə 1-dən 3-ə kimi qaraciyər işləyir.

Yaxşı olar ki, bu saatlarda hər kəs özünə diqqət etsin. Qidalanmasını vaxtında yerinə yetirsin. Səhər yeməyi ilə günorta yeməyi və naharla axşam yeməyi arasında 5-6 saat ara olmalıdır. Axşam yeməyi ilə yuxu vaxtı arasında 3-4 saat vaxt olmalıdır.

Orqanizmdə qidalanmanın uyğun vaxtları.

Kefir –(8:00-16:00)

Kərə yağı- (6:00- 19:00)

Süd- (19:00-7:00)

Qatıq, semişka yağı, şüyüd – (10:00- 16:00)

Xama – (7:00-19:00)

Pendir, salat, qoz,kök, pazı,qabaq – (9:00-19:00)

Kəsmik, zeytun yağı,yer fındığı –(9:00-18:00)

Badyan bitkisi, günəbaxan tumu, – (5:00-17:00)

Vanil – (5:00- 17:00)

Mixək,cəfəri – (11:00-18:00)

Sarı xardal – (11:00-14:00)

Xardal, qağıdalı yağı, kartov, pomidor, qara turp – (11:00-15:00)

Qara xardal- (11:00- 14:00)

Zəncəfil, yaşıl,qırmızı turp- (10:00-17:00)

Yaşıl hil, kabak, - (7:00-21:00)

Keşniş toxumu, badımcan, rəngli kələm – (11:00- 16:00)

Darçın- (6:00- 17:00)

Razyana – (10:00-16:00)

Sarıkök, xiyar – (10:00-17:00)

Dəfnə yarpağı- (10:00-15:00)

Qara lalə - (10:00- 15:00)

Manqo tozu – (10:00-17:00)

Muaskat qozu, balqabaq tumu– (11:00-16:00)

İstiot dənəsi – (11:00-19:00)

Qırmızı acı bibər – (11:00-14:00)

Qırmızı bolqar bibəri, qarox,l obya, qarğıdalı, yulaf, perlova – (11:00-14:00)

Zirə - (7:00-18:00)

Şüyüd – (5:00-21:00)

Fındıq- (10:00-17:00)

Qarabaşaq – (11:00-20:00)

Buğda yarması, mannı, düyü, soya-( 11:00-14:000)

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 900
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv