Bastoy – dünyanın ən möhtəşəm həbsxanası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 576
Səs ver:
(səs: 2)

Norveçin materik hissəsinin sahil xəttindən təqribən 75 kilometrliyində yerləşən adada fəaliyyət göstərən həbsxanada qətllərdə, təcavüz və yaxud narkotiklə ticarətdə təqsirləndirilən yüzlərlə cinayətkar məhkumluq həyatı yaşayır. Lakin onların burada yaşadığı həyatı "məhkumluq həyatı” adlandırmağa insanın dili gəlmir.

Bastoy həbsxanasını sözün əsl mənasında dünyanın ən rahat və möhtəşəm həbsxanası adlandırmaq olar. Özünüz baxın. Burada heç bir məhdudiyyət və yaxud elektrik cərəyanına qoşulmuş məftillər yoxdur. Məhkumların özləri isə rahat kiçik kotteclərdə yaşayır. Onlar burada kənd təsərrüfatı ilə məşğul olur, məhsul yığır, heyvan saxlayır və bəzən də meşə qırmağa yollanırlar. Bundan əlavə, əla çimərlik, balıq tutmaq üçün yer, tennis kortları, sauna və hətta at sürmək üçün ərazilər də onların xidmətindədir. Belə məhkumluqdan kim imtina etməz…

 

 

 

 

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri