Maxaraca ekspressi – Asiyanın ən bahalı qatarı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 214
Səs ver:
(səs: 4)

Bütün Hindistan boyu hərəkət edən "Maxaraca ekspressi” yalnız ölkə varlılarının özlərinə bəxş edə biləcəkləri bir hədiyyədir. Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər.

Bu səbəbdən də qatarın sürətli hərəkət etməsi elit təbəqə üçün elə də böyük əhəmiyyət daşımır.

Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə almaqla, 99% hindli bu səyahətin yalnızca xəyalını qura bilər.

Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib.

 

Qatarın özü isə 88 sərnişin üçün nəzərdə tutulub. Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdi.

 

 

 

(səs: 4)
Şərhlər: 3
Baxılıb: 2 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri