Gündə 4 saat yatmaqla nəyə nail ola bilərsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 117
Səs ver:
(səs: 0)

Orqanizmin gizli resurslarından istifadə etməklə gününüzü və dolayısı ilə də ömrünüzü uzadın...

 

Adətən gün ərzində 1 dəfə yatırıq: gecə yatırıq, səhər ayılırıq. Yuxunun belə forması tək fazalı yuxu adlanır.  Bəzi insanlar gündüz də yatmağa üstünlük verirlər ki, bu artıq cüt fazalı yuxu adlanır. Yuxunun bu növü onunla maraqlıdır ki, gecə 6 saat və gündüz nahardan sonra yarım saat yatılır. Bu minvalla da tək fazalı yuxu ilə müqayisədə 1,5 saat artıq yuxu əldə edilir. Əgər insan gün ərzində 2 dəfədən çox yatırsa, bu polifaz yuxu adlanır, hansı ki, məhz bu, həyatın şüurlu şəkildə uzadılmasının sirrinu açır.

 

Polifaz yuxunu tez-tez orta əsrlərin dahi rəssamı və ixtiraçısı Leonardo da Vinçi ilə müqayisə edirlər. Çoxsaylı ideyalarının həyata keçirilməsi üçün ona hər zaman uzun müddət lazım olurdu ki, bu müddət də ona heç vaxt kifayət etmirdi. Təşəbbüskar və bacarıqlı insan olan Leonardo da Vinçi öz yuxu rejimini dəyişərək bu vəziyyətdən çıxış yolunu tapmışdı. O, adi gecə istirahətini bir neçə hissəyə bölərək polifaz yuxu rejiminə üstünlük vermişdi. Dahi insan hər 4 saatdan bir 15-20 dəqiqə yatır və bu yolla da nəinki "canlı” qalır, həmçinin böyük kəşflər edirdi.

 

Texniki polifaz yuxu:

 

1. Dymaxion rejimi

 

Hər 6 saatdan bir yarım saat yuxu. Əsas olan yatıb qalmamaqdır.

 

2. Uberman rejimi

 

Hər 4 saatdan bir 20 dəqiqə yuxu. Hesab edilir ki, bu yuxu texnikasından Leonardo da Vinçi istifadə edirdi.

 


3. Everyman rejimi

 

Gecə 1,5–3 saat, sonra gün ərzində 3 dəfə 20 dəqiqə yuxu. Zehni işlə məşğul olanlar üçün mükəmməl seçimdir.

 


4. Tesla rejimi

 

Gecə 2 saat yuxu və sonra günün ortasında 20 dəqiqə yuxu. Hesab edilir ki, bu rejimdən Nikola Tesla istifadə edib və polifaz yuxunun bu rejimi də məhz onun şərəfinə adlandırılıb.

 


5. Siesta rejimi

 

Gecə 5 saat ərzində yuxu və sonra gün ərzində birdəfəyə 1,5 saat yuxu.

 

Polifaz yuxunun bu rejimlərindən birindən istifadə etməklə siz gününüzü yorğunluq olmadan başa vura və eyni zamanda da uzada bilərsiniz.


(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri