Zəhlətökən, mənasız suallar...

Müəllif: Nermin..
Şərhlər:
Baxılıb: 741
Paylaş:
Səs ver:
(səs: 1)
Hər gün çoxlu suallar veririk bir-birimizə. Bunlardan bəziləri cavab almaq, nəsə öyrənmək üçündür. Bəziləri isə sadəcə artıq ənənəyə çevrilmiş və əslində cavabı olmayan suallardır. Bunlar arasında bizi əsəbiləşdirənlər, bezdirənlər də olur. O suallardan yadımıza düşənləri yığdıq bir yerə.

"Necəsən? Başqa nə var, nə yox? Ayrı vəziyyətin?”
zəhlətokən suallarBirinci suala cavab vermək olur, digər iki sual müəmmalıdır. Adam soruşmaq istəyir, səni konkret nə maraqlandırır? Başqa nə var nə yox? Bu nə deməkdir axı?

"Haralısan? Hardansan?”
Yerlibaz adamların çox verdiyi sual. Çox vaxt yerli çıxma ehtimalını nəzərə alıb verirlər bu sualı.

 "Niyə ərə getmirsən?” və ya "Niyə evlənmirsən?”
Subayların yaralı yeri! Gəlin sizə yaxşı bir cavab məsləhət görək. Deyin ki, evlənənlər məsləhət görmürlər.

"Mənə görə bir qulluq?”
Dəliqanlı oğlanların söhbətə qoyduğu nöqtə və ya sağollaşmağın bir yolu. Əvvəllər daha çox işlənirdi bu ifadə. Son vaxtlar deyəsən unudulub. Bu sualın klişe cavabı: Qulluq sahibi olasan.

"Üzünü niyə qırxmırsan?”
Daha çox gənclərə verilən sualdır. Ardınca da başqa suallar gəlir:  "Dindarsan?”, "Kimsə rəhmətə gedib?” və s. Bir insanı başqasının üzünü qırxmamağı niyə bu qədər narahat edir görəsən?

"Saçını niyə kəsdirmirsən?”
Uzun saç bizdə nədənsə qızlara aid bir əlamət kimi qəbul edildiyindən oğlanların saç saxlamağına pis baxılır.

"Böyüyəndə nə olacaqsan?”
Uşaq vaxtı yəqin sizə də bu sual verilib. Böyüyəndə nə olacağını uşaq hardan bilsin?

"Gəlmisən?”
Maraqlı suallardan biri də evə gələn adama verilən "gəldin?”, yaxud "gəlmisən?” suallarıdır.

"Niyə səsin çıxmır? Nəsə olub?”
Kefiniz yaxşı olsa da, səsiniz çıxmırsa deyəcəklər ki, əhvalın yoxdur.  O qədər inadla soruşurlar ki, axırda kefin həqiqətən pozulur.

"Nə qədər maaş alırsan? Bir şey-mir şey var?”
"Bir şey-mir şey”, yaxud "Çax-çux” çox maraqlı anlayışdır. Yəni maaşın az olsa da fikir eləmə, əsas "çax-çux”un yaxşı olsun. O varsa, deməli ac qalmırsan.

"Bizi nə vaxt sevindirəssiniz?”
Bu da evli cütlüklərin bəlasıdır. Toydan on gün keçməmiş başlayır və uşaq olana qədər davam edir. 3 aya qədər bir xəbər çıxmasa, üz tutulur həkimlərə, nəzir deyilir pirlərə, məscidlərə, seyid ocaqlarına.

"Heç yoxdu?”
Dükanda gedən dialoqdur. Filan şey var? – Yox – Heç yoxdu? Yoxdursa, yoxdur da. "Heç yoxdur” nə deməkdir?

Müəllif: Rəna Nevzat

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 741
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook