@ - işarəsinin sirri

Müəllif: my_angel
Şərhlər:
Baxılıb: 982
Paylaş:
Səs ver:
(səs: 2)
Kompüterinizi @ simvolu olmadan təsəvvür edə bilirsiniz? Demək olar ki, hər gün işdə elektron poçtlardan istifadə edirik. Və "it” dediyimiz bu simvol ən çox bu zaman bizə lazım olur. Bəs yaxşı niyə bu işarəyə "qıvrılan a”, və ya "qara nöqtə” yox, məhz "it” deyirik?

Əslində bu simvolun rəsmi adı – "ticarət et”dir. Bir müddət əvvəl ABŞ-da bu nişan çap maşınlarının standart düzümlərindən biri idi. Həmçinin müxtəlif ticarət hesablamalarında da "qiyməti” sözünün əvəzinə @ işarəsindən istifadə olunurdu.

Bu nişanın yaranması orta əsrlərə qədər gedib çıxır. Kompüter dövrü müasirləşdikcə işarəmizin adını da dəyişdirməyə çaslışıblar: "qulaq”, "əngəl”, "qurbağa” və s. Lakin yenə də hər hansı səbəbdən kütlə buna "it” deməyə öyrəşib. Bəs niyə bu nişana bizim dördayaqlı dostumuzun adını veriblər?

Deyirlər ki, @ simvolunu yatan itə oxşadanlar var. Hətta deyənlər də var ki, guya "et” hissəciyi it hürməsinə bənzəyir. Bəlkə də simvolumuzun bu cür səslənməsi buradan qaynaqlanır. Lakin başqa ölkələrdə heç kim ona "it” demir. Ruslardan başqa – "собачка”.

Bu adın yaranmasının ən inandırıcı fərziyyəsi Adventurenin (keçmiş kompüter oyunu) adı ilə bağlıdır. Bu oyun ən erkən kompüterlərdə var idi. Orada müxtəlif maneələr, xəzinələr adi çap simvolları ilə hazırlanmışdı. Məsələn, labirint özü simvollardan düzəldilmişdi. ("!", " -", "+") Lakin oyunda  kəşfiyyat üçün it göndərmək mümkün idi. Və həmin it kompüter ekranında "@” nişanı kimi görünürdü. Yəni bu işarə artıq kifayət qədər məşhurlaşmışdı. Məntiqi baxımdan götürəndə "it” sözünün buradan gəldiyini deyə bilərik.

@ işarəsinin hər ölkədə öz praktik adı var. Məsələn, İtaliyada və Koreyada onu tez-tez "ilbiz” adlandırırlar. Polşada "meymun”, Macarıstanda "soxulcan”. Finlər ona "pişik quyruğu” və ya "miyov” deyirlər. Danimarkalılar və isveçlilər "fil xortumu”. Lakin daha çox işlədilən adı "taqətdən düşmüş A”-dır.

Yeri gəlmişkən, Çində bir ailə öz övladlarına @ heroqlifi adını veriblər. Ola bilər ki, bu, onlarda hansısa inancdan irəli gəlir.

Bəli, elə işarənin zahiri görünüşü kimi adının tarixi də dolaşıqdır.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 982
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv