Mən artıq ən sondayam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 920
Səs ver:
(səs: 2)
"Necə qəribədir. İndi cavanıq, vurarıq-qırarıq deyirik, belə qocaları məsxərəyə qoyuruq. Amma kim bilir o yaşda biz nə gözləyir. Onun övladı varmı görəsən? Varsa bu qədər yükü özü nə üçün daşıyır, ömrünü övladlarına sərf edib yüklərini daşıması azmış kimi bir də bu. Bizim içimizdən çox az insan insan olaraq çıxır. Biz çoxumuz nə yaxşı valideyn oluruq, nə yaxşı övlad.”
Kamran qalxır və qocaya yaxınlaşır. Çoxları bunu etmək istəsə də bəzən utanır. Bəziləri isə bunu özünə yaraşdırmır belə. Kamran yükləri qocadan alır, hansı tərəfə aparmalı olduğunu soruşur. Qoca xarici bir maşın işarə edir və Kamran yükləri maşına qədər aparır. Maşının qarşısında bir gənc telefonla danışır, Kamrana əhəmiyyət vermirdi. Kamran əlində yüklərlə nə zaman telefon söhbətinin bitəcəyini gözləyirdi, gözləyirdi ki, yükləri yerbəyer etsin. Bu zaman qoca yaxınlaşdı və yükü qoymaq üçün qapını açdı. Kamran yükləri qoyduqdan sonra..
- Ağsaqqal bu kimdir?
- Mən onun atasıyam.
- Bəs O, sizin oğlunuzdu?
- Əlbəttə, necə bəs..?
- Amma o özünü elə aparır ki, sanki sizi tanımır.
- Oğul, bilirsənmi necədir? İlk başda ata-analarımızın uşaqları, sonra uşaqlarımızın ata-anası olarıq.Daha sonra ata-anamızın ata-anası, ən sonda isə uşaqlarımızın uşaqları oluruq. Mən artıq ən sondayam.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri