10 il sonra bunlar olmayacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 408
Səs ver:
(səs: 1)
Yer üzündə minlərlə xalq, etnik qrup var. Dünya əhalisinin ildən-ilə çoxaldığı bir vaxtda, bəzi etnik qrupların üzvlərinin azalması barədə məlumatlar üzə çıxıb. Məlum olub ki, Afrika, Asiya və digər qitələrin dağlıq ərazilərində, adalarda yaşayan bəzi qəbilələr yaxın onilliklərdə yoxa çıxacaq. Buna səbəb yaşam tərzi, qida çatışmazlığı, yoluxucu xəstəliklər, təbii fəlakətlərdir. Qadınlar.biz  dünyanən yoxa çıxan qəbilələrinin adlarını təqdim edir:    

Himba qəbiləsi şimali Namibiyada yaşayır. 20 mindən çox üzvü olan etnik qrupa "çılpaq qadınlar” da deyilir. Qəbilənin qadınları üzlərini xüsusi rənglərlə boyayırlar. Buna səbəb onların sübh tezdən axşama qədər işləmələri ilə əlaqədar dərilərini Günəş işığından qorumalarıdır.

Mauri qəbiəsi Yeni Zelandiyada məskən salıb. Polineziyanın yerli sakinləri ölkə əhalisinin onda birini təşkil edirlər. Son illər Mauri qəbiləsi üzvlərinin sayının azaldığı bildirilir. İndi onların sayının nə qədər olması haqda dəqiq məlumat yoxdur.

Ubustan qəbiləsi buddizmə sitayiş edir. Onlar Tibet əsillidir. Bu qəbilənin üzvləri hələ də dünyanın düz olduğuna inanırlar. Son məlumatlara görə, qəbilənin cəmi 7 min üzvü var.

Yeni Qvineyadakı Asaro qəbiləsi də yaxın onilliklərdə tarixin arxivinə qovuşacaq. Üzlərini palçıqla örtən bu insanlara "palçıq” adamlar da deyilir. Bəzi üzvləri qəribə maska taxan bu etnik qrupun üzvlərinin nə üçün azalması barədə hələ dürüst məlumat yoxdur. Qəbilənin yaşadığı yer ilk dəfə ötən əsrin əvvəllərində müəyyən edilib. Etnik qrupun üzvləri arasında tez-tez müxtəlif xəstəliklərin yayıldığı bildirilir.

Samburu qəbiləsi Keniyanın cənubunda məskunlaşıb. Əsasən maldarlıqla məşğul olan etnik qrupun kişiləri "ev” heyvanları bəsləyir, ova gedir. Qadınlar isə ev işləri görürlər. Dəqiq sayları bəlli deyil. Lakin azalmaları barədə xəbərlər yayılıb.

Çukçi qəbiləsi Sibirin şimal şərqində yaşayırlar. 1970-cu ildə sayları cəmi 14 min olan etnik qrup maraqlı adət-ənənələri ilə seçilirlər. 

Vanuvatu qəbiləsinin üzvləri Sakit okeanın sahillərindəki adalarda yaşayırlar. Onlar "tanrılarının” İngiltərə kralı olmasına inanırlar.

Mursi qəbiləsi üzvlərinin sayının azalması bu etnik qrupun da yaxın onilliklərdə yox olma ehtimalını artırır. Xüsusi yaşam qaydaları olan qəbilənin üzvlərinin sayının azalması yaşayış səviyyəsinin aşağı olması ilə əsaslandırırlar. Üzlərini xüsusi otlardan hazırlanmış boyalarla rəngləyən Mursi qəbiləsinin bir hissəsi Efiopiyada məskunlaşıb.

Anqolada yaşayan Mukavano qəbiləsi üzvlərinin dəqiq sayları haqda ziddiyyətli xəbərlərin olması bu etnik qrupun da yox olma təhlükəsi ilə üz-üzə qaldığını göstərir. Təbiət bu qəbilə üzvlərini tez-tez sınağa çəkir. Etnik qrupun üzvləri arasında orta yaş səviyyəsi aşağıdır.

Padu qəbiləsi Tailandın şimalında yaşayır. Dəqiq sayları məlum deyil. Dağlıq ərazidə məskən salmış etnik qrupun üzvləri tez-tez qida çatışmazlığı ilə qarşılaşırlar. Padu qəbiləsinin yaxın 25-30 ildə yoxa çıxacağı deyilir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri