Güclü parol qurmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 509
Səs ver:
(səs: 4)
Hamı güclü parol yaratmağın "sirr"lərini bilməlidir. Bu, jurnalistlər üçün xüsusilə vacibdir, çünki bu peşədə çalışanların yazdıqlarını və ya mənbələrini öyrənməkdə maraqlananlar çox olur.

Təbii ki, əsas məsələ - çətin parol qurmaqdır. Bu parol azı 12 işarədən ibarət olmalı, həm böyük, həm də kiçik hərflərdən, rəqəmlərdən və simvollardan istifadə etməlidir.

Lüğətdə tapacağınız sözlərdən, əhəmiyyətli tarixlərdən, ailə üzvlərinizin və ya sevimli ev heyvanlarınızın adlarından heç vaxt istifadə etməyin.

"Etməmək" siyahısına bunları da əlavə edin: parolunuzu kağıza və ya elektron cihazınızda yazmayın.

Beləliklə parolunuzu asanlıqla yadda saxlaya bilməlisiniz.

İnanılmaz olsa da, aşağıdakı parol idealdır:

£Dg1uçbüqSbbdüüy(@_@)

Belə baxanda, bəlkə də onu yadda saxlamaq mümkünsüz görünə bilər. Amma əslində bu, "Dərsə gedən bir uşaq" şerinin ilk 4 sətrindəki sözlərinin ilk hərfləri əsasında qurulub.

Dərsə gedən bir uşaq, çıxdı buz üstə qoçaq; Sürüşdü birdən-birə, düşdü üz üstəyerə.

Sadəcə bir neçə əlavələrlə: "bir" sözünün əvəzinə 1 işarəsi qoyulub, lap əvvəldə £ işarəsi, şerin birinci və ikinci cümləsinin ilk hərfləri böyük hərflə yazılıb, lap axırda isə "smaylik" əlavə olunub.

Parolu sındırmağa çalışan hakerlər adətən "brute-force" (kobud qüvvə) hücumlarından və ya "hərtərəfli söz axtarışı"ndan istifadə edirlər.

Amma bu yollar əksər hallarda yalnız qısa parollara təsir edir. Daha uzun parollar üçün daha çox "lüğət hücumu" istifadə olunur.

Burada göstərilən yanaşma ən mürəkkəb hücumlara qarşı qoruya bilər.

Daha bir vacib qeyd: eyni parolu hər yerdə istifadə etməyin.

Amma, məsələn, bir parolun üzərində müxtəlif parollar qurmaq olar. Bunu yalnız ciddi təhlükəsizlik riski olmayan hallarda edin. Yuxarıdakı misalda, "Twitter" hesabınız üçün belə bir parol qurmaq olar:

£Dg1uçbüq(@_@)qush

... çünki Twitter-in emblemi quş şəklidir və bunu yadda saxlamaq kifayət qədər asandır.

Təhlükəsizliyi daha önəmli olan hesablar, məsələn email ünvanınız üçün, hər birinə unikal parol fikirləşmək lazımdır. Məsələn, ən çox sevdiyiniz müğənninin mahnılarının sözlərindən.

Parollarınızı vaxtında dəyişməyi də unutmayın.

Bundan başqa brauzerinizdə "parolu yadda saxla" funksiyasını söndürün.

Bəzi saytlar parolu yaddan çıxardanda şəxsi sualları cavablandırmağı tələb edir, məsələn "ananın qızlıq soyadı". Beləliklə hesab yaradanda onu da nəzərə alın ki, burada düzgün informasiya vermək məcburiyyətində deyilsiniz - verdiyiniz məlumatlar başqa yerdə istifadə oluna bilər. "Sevdiyiniz yemək", "ananızın soyadı", "doğulduğunuz küçənin adı" - bütün bunlara eyni (mənası olmayan) sözlə cavab verə bilərsiniz - yetər ki, bu sözü yadda saxlayasınız və heç kəsə açıqlamayasınız.

Rəsmi sənəd üçün ərizə deyilsə, əsl doğum gününüzü də verməyin.

Sosial media hesablarınızda da paylaşdığınız şəxsi məlumatlarla ehtiyatlı olun.

Bu yazı, internet təhlükəsizliyi üzrə mütəxəssis olan jurnalist Alan Pearce-in BBC üçün yazdığı bloqun əsasında hazırlanıb.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 3 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri