Qınaqladıq!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 822
Səs ver:
(səs: 2)
Başlıq üçün yazmağa söz tapmadığımızdan özümüzü Qınayırıq :D

Orxan Ahmedsoy:
Hər işə başlayarkən çətinlik çəkdiyim üçün özümü qınayıram :)

Vaqif Qədir:
Uzun müddətdir ki post yazmadığıma görə özümü qınayıram :)

Orxan:
Kitaba verdiyin pula tum al qızlara baxa-baxa çırtlayaq deyən "qaqaş” ları  Qınayıram!

Vaqif:
Öz oğlu əsgərlik vaxtı Antalyada kef çəkənlər, bir tələbəni fərari adıyla həbsə salırsa…. QINAYIRAM…ŞİDDƏTLİ QINAYIRAM!!!

Orxan:
Gecəni fahişənin qucağında keçirib, sonra əxlaqdan danışan "ziyalıları” Qınayıram!

Vaqif:
M.Ə. Rəsulzadənin ad günündə onu yada salmayan, 28 may günü kanala başqasının şəklini qoyan telekanalzasiyaları Şiddətli Qınayıram!

Orxan:
Sevgisi uğrunda mübarizə aparmayanları Qınayıram!

Vaqif:
Pulla qiymət yazan müəllimləri və universiteti Qınayıram!

Orxan:
Xarabalıqda məhv olub, hardasa Utopiyanın olduğunu unudanları Qınayıram!

Vaqif:
Deyəsən çox ağır qınadım buna görə məni də qınamasalar yaxşıdı :D Bu sözümə görə yenə özümü qınayıram :):)
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri