Bu gün atdığın hər addım, sənin sabahkı həyatındır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 182
Səs ver:
(səs: 3)
" Sən düşüncələrinin səhv olub-olmadığını özündən heç vaxt soruşmadın. Qonşunun düşüncələrin haqqında nə deyəcəyini ya da dürüstlüyün sənə çox pula başa gəlib gəlməyəcəyini soruşdun, Kiçik Adam, sən özündən sadəcə bunu soruşdun, başqa heç nə.”

"Mənə qulaq as, Kiçik Adam: Səndə olan yaxşı və dəyərli şeylərə qarşı həssaslığını itirmisən. Sən bu yaxşı hissləri yerindəcə boğursan. Başqalarında, yəni uşaqlarında, arvadında, ərində, atanda və ananda nəsə böyük və yaxşı bir şey hiss edəndə onlardakı yaxşı şeyləri də öldürürsən. Sən kiçiksən və kiçik qalmaq istəyirsən.”

"Kitabxanaya getməklə davaya baxmaq arasında seçmək məcburiyyətində qalsan, heç şübhəsiz davanı seçərsən.”

"Xoşbəxtlik yaratmağı, ondan həzz almağı və onu qorumağı heç vaxt öyrənmədiyinə görə cəsarətin və dürüstlüyün nə olduğunu bilmirsən.”

"Sən ancaq yeməyi axıra kimi tıxmağı yaxşı bacarırsan, amma yaradıcılıqdan məhrumsan. Məhz buna görə beləsən, buna görədir ki, həyatın boyunca darıxdırıcı bir ofisə və ya bir rəsm masasının başına qapanırsan, əyninə dəli köynəyi keçirirmiş kimi barmağına evlilik üzüyü keçirirsən. Və buna görə də uşaqlara nifrət edən bir müəllimsən. İnkişaf yoxdur səndə, yeni bir düşüncə yaradıcılığına imkan yoxdur, çünki sən ancaq bu günə kimi alırsan, bir başqasının gümüş nimçədə təqdim etdiyi şeyi ancaq qamarlayırsan.”

"Sevginin, əməyin və biliyin vətəni yoxdur, gömrük nəzarətindən keçməz bunlar, uniforma tanımaz. Onlar universaldır və bütün insanlığı ehtiva edər. Ancaq sən kiçik bir vətənpərvər olmaq istəyirsən, əsl sevgidən qorxursan, çünki işinə qarşı olan məsuliyyətdən, bilikdən qorxursan. Buna görə də sən ancaq başqalarının sevgisini, əmək və biliyini istismar etməkdən başqa bir şey bacarmazsan, bunları özün əsla yarada bilməzsən. Buna görə də öz xoşbəxtliyini aydınlıqdan ürkən bir gecə oğrusu kimi oğurlayırsan və buna görə də başqalarının xoşbəxt olduğunu görəndə qısqanclıqdan partlayırsan.”

"Azadlığı həyasızlıqla səhv salmaq köləliyin özünəməxsus xüsusiyyətlərindəndir.”

" Bundan sonra həyatın üçün kitabxananın boks döyüşündən daha vacib olduğunu anlamağa başlayacaqsan; meşədə düşünə-düşünə gəzməyin küçələrdə mərasim yürüşü etməkdən daha vacib olduğunu, sağaltmağın öldürməkdən, sağlam bir özünə inamın milli şüurdan daha vacib olduğunu və təvazökarlığın bir sıra boş hay-küydən daha yaxşı olduğunu anlamağa başlayacaqsan.”

"Bu gün atdığın hər addım, sənin sabahkı həyatındır.”

"Heç bir böyük amala pis və alçaq üsullarla çatmaq olmaz.”

"Özünə baxmaq cəsarətinə sahib olsaydın, fransız, alman ya da afrikalı bir yerli olsan belə, özünü hər yerdə tapa və tanıya bilərdin.”

"Hər şey səndən və sənin sağlam və ya yalnış fikirlərindən asılıdır.”
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri