Bu dünyada buraxacağın ən böyük miras: dürüstlükdür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 149
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-22/1329888667-493.jpg

Səs-küy və səs-küyün ortasında sükunətlə gəz
Səssizliyin içində hüzur olduğunu əsla unutma.
Başqa cür davranmaq açıqca lazım olmadıqca
Hər kəslə dost olmağa çalış.

Sənə bir pislik edildiyində
Verə biləcəyin ən yaxşı qarşılıq
Unutmaq olsun
Bağışla və unut amma kimsəyə təslim olma.

İçdən ol; təlaşsız, qısa və açıq seçik danış
Başqalarına da qulaq as
Axmaq və cahil olduqları zaman belə dinlə onları
Çünki dünyada hər kəsin bir hekayəsi vardır.

Tək planlarının deyil
Müvəffəqiyyətlərinin də dadını çıxarmağa çalış.

İşinlə nə qədər kiçik olursa olsun, maraqlan.
Həyatdakı tək dayağın odur.

Sevəcəyin bir iş seçsən həyatında
Bir an belə işləmiş olmazsan.

İşini elə sev ki,
Müvəffəqiyyətlərin bədənini və ürəyini gücləndirərkən,
Verdiklərinlə də yeni həyatlar başlatmış olacaqsan.

Olduğun kimi görün və göründüyün kimi ol.
Sevmədiyin zaman sevər kimi etmə
Ətrafına önərilərdə ol, amma hökm etmə.
İnsanları mühakimə etsən, onları sevməyə zaman qalmaz
Və unutma ki,
İnsanlığın əsrlərdir öyrəndikləri
Sonsuz uzunluqdakı bir qumluqdakı
Tək bir qum dənəsindən çox deyil.

Eşqə ağız büzmə əsla
O səhra ortasında yamyaşıl bir bağçadır.
O bağçaya layiq bir bağban olmaq üçün
Hər əldən düşmüşün davamlı baxıma ehtiyacı olduğunu unutma.

İtirməyi əxlaqsız bir qazanca seç.

İlkin ağrısı bir an
O birinin vicdan əzabı bir ömür boyu sürər.
Bəzi ideallar elə qiymətlidir ki,
O yolda məğlub olmağın belə zəfər sayılar
Bu dünyada buraxacağın ən böyük miras: dürüstlükdür.

İllərin keçməsinə hirslənmə
Gəncliyə yaraşan şeyləri
Gülümsəyərək təslim et keçmişə.

Edə bilməyəcəyin şeylərin
Edə biləcəklərini maneə törətməsinə icazə vermə.

Küləyin istiqamətini dəyişdirə bilmədiyin zaman
Yelkənlərini küləyə görə nizamla.
Çünki dünya qarşılaşdığın fırtınalarla deyil
Gəmini limana gətirib gətirə bilmədiyinlə maraqlanar.

Hərdənbir üsyana yönələcək olsansa belə xatırla ki,
Kainatı mühakimə etmək qeyri-mümkündür.
Onun üçün döyüşlərini davam etdirərkən belə
Öz özünlə barış içində ol.

Xatırlayarsanmı doğulduğun zamanları?
Sən şəbəkələrkən,hər kəs sevinclə gülümsəyirdi.

Elə bir ömür keçir ki
Hər kəs ağlasın öldüyündə
Sən xoşbəxtliklə gülümsə.
Səbirli,şəfqətli, bağışlayıcı ol.

Enində sonunda bütün sərvətin sənsən
Görməyə çalış ki,
Bütün pisliyinə və haqsızlığa baxmayaraq
Dünya yenə də gözəldir,
Və sən hər şeydən üstün,
Hər kəsdən öndəsən...☺

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri