Dünya haqqında bilmədiyimiz dəhşətli faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 911
Səs ver:
(səs: 3)
Hər gün dünyada aclıq səbəbindən 22.000 uşaq dünyasını dəyişir.

Dünya əhalisinin 80%-i sutkalıq olaraq 10 $-a yaşayır.

Yer kürəsində yaşayan əhalinin ¼ hissəsi (25%) elektriksiz yaşayır.

Avropa İttifaqı ölkələrində adi inək gündəlik olaraq 2.2 $ (dollar) dəyərində dövlət subsidiyası alır. Belə çıxır ki, adi inəklər dünyada aclıq və səfalət içində yaşan 1.2 mlrd. əhalidən çox pul qazanır.

Dünyanın bir tərəfində uşaqlar aclıqdan dünyasın dəyişdiyi vaxt digər tərəfində yeyilməmiş məhsulların 30-50%-i xarab olaraq tullantıya çevrilir.

Yer kürəsində 1.2 mlrd nəfərlik əhali su ilə təmin oluna bilmir.

1.6 mlrd insanın isə suyun əldə edilməsi üçün imkanı olsa da bu sular istifadə üçün yararsızdır.

250 milyon sayda 5-15 yaşlı uşağın hər gün ağır şəraitdə əməyi istismar olunur.

Bütün evsizlər içində 24 yaşa kimi olanlar 34% təşkil edir.

Bütün dünyada 300.000 sayda uşaq-əsgər mövcuddur.

Dünyada təxmini olaraq 210 milyon valideyn himayəsindən məhrum olmuş uşaq var.

Hər gün 805 milyon insan aclıqdan əziyyət çəkir. Bunların 98%-i zəif inkişaf etmiş ölkələrin payına düşür və böyük əksəriyyəti uşaqlar təşkil edir.

Yük gəmiləri və kruiz laynerləri hər il okeana 6.35 mlrd kq tullantı tökürlər.

Hal-hazırda dünyada 350 milyon insan depressiv vəziyyətdədir.

Hər il 315.000 qadın doğuş zamanı dünyasını dəyişir.

Hər il 2 milyon körpə müalicə oluna biləcək xəstəliklərin vaxtında müalicə olunmaması üzündən dünyasını dəyişir. Səbəb – bir çox ailələrin maddi durumunun buna imkan verməməsidir.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri