Yalan danışmağa adət etməyək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 600
Səs ver:
(səs: 2)
Bəzən insan məsuliyyət hissindən qorxduğu üçün yalan danışar. Qorxar ki, adət etdiyi mühiti əldən verər və ona görə də yalana üz tutar. Bəzən də insan təhlükə hiss edəndə və ya həqarətə məruz qalanda, yalan danışar.
Bəzən insan 4-5 yaşından başlayaraq, yalan danışmağa adət edər. Ola bilsin ki, valideyn onu hiss etməsin və bu zaman bu rəzil sifət mələkəyə çevrilər.
Yalanın amillərini tanıyaq:
1. Həqarətdən qorxmaq. O kəslər ki, özlərində həqarət hiss edərlər, bu çatışmamazlığı aradan qaldırmaq üçün yalan danışarlar.
 
2. Adət etdiyi üçün. İnsanların bəzisi yersiz danışmağa, riya etməyə adət etdikləri kimi, yalan danışmağa da adət edərlər. Get-gedə yalan adət halını alar və qarşısını almaq mümkünsüz olar.
 
3. Tərslik üzündən. Bəzən insan, yaxınları ilə tərslik edib yalan danışar.
 
4. Qorxu. Bəzi insanlar qorxu üzündən yalan danışarlar.
 
5. Özünə etimadın olmamasına görə. Bəziləri özlərinə etimad etmədiklərinə görə yalana pənah apararlar.
 
6. Vədinə əməl etməyəndə. İnsanın verdiyi sözə əməl etməməsi yalan üçün zəminə hazır edər.
Psixoloqlar deyir ki, insan yalan danışan zaman bədənin bir çox hissələrində ona əks reaksiya verilər. Əllər titrəyər, rəngi dəyişər, diqqəti dağılar, qanda adrenalin artar, stressi artar, insan özünü dəyərsiz hesab edər. O zaman ki, yalan beyinə daxil olar, milyonlarla əsəb telləri yalan təfəkkürü ilə həmahəng olar.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri