Ürəyim ağrıyır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 451
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/2012-02-04/1328368237-435.jpg

Sevmişdim səni...
Mənə bir gülüşünlə, bir baxışınla unudardım bütün ağrılarımı...
Yalnız sən olardın həyatımda.
Necə bir eşq idi bu?...
Nə var idin, nə də yox!...
"Sənsizliyin" hökm sürdüyü qaranlıq və köhnə bir limandayam indi.
Qaranlıq işıq olsun deyə şüşəyə gözlərini çəkirəm dodaqlarımla...
Sonra təbəssüm edən üzün gəlir ağılıma, ürəyim ağrıyır.
Yağışlar yağır şəhərimə, boş prospektlər təkliyə təslim.
Çarəsizliklər içində küçələri gəzirəm, sənsiz baxıram dənizin dərin dalğalarına.
Üşüyürəm, ürəyimdə üşüyür.

Sonra gəlirsən birdən, səninlə günəş doğulur şəhərimə, hər yer yenə isti.
Sənə hər qovuşduğumda, sevinmək belə qorxudar oldu məni.
Son dəfə deyil bu vidalar, bilirəm gedəcəksən yenə...
Yalançı sevdalara aldanıb, əsən küləklərə aldanıb gedəcəksən.
İçindən keçəni oxuyur gözlərim, bu dəfə hazırım.
Sus! Danışma gedəcəksənsə, yalanlar çarə deyil mənə, ağrıtma ürəyimi mövsümlük sevmələrinlə.
Ardına baxmadan get bu dəfə!
Heç bir söz söyləmədən, ürəyimdəki təmiz eşqi, yalanlarınla çirklətmədən get ki,
Bu da yaşaya biləcəyin ən son qürurun olsun!

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 5 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri