Çətin və ağır Həyat...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 485
Səs ver:
(səs: 0)
 

İnsan nəfəs alıb verərkən,yəni ona verilmiş həyatı
yaşayarkən eyni zamanda döyüşməyi öyrənir.
Keçən hər an ona bir şey qatır və bir şey qoparır ondan.
Tanışı hər adam bir şey öyrədir ona,bir şey unutdurur.
Hər anı,təcrübə olaraq yığılır,çoxalır.


 

Zaman hər şeyin üstündə bir yerdə.
Keçmişi,gələcəyi və ən əhəmiyyətlisi indini içində saxlayır.
Hər şeyi bilən amma heç bir şey söyləməyən
yaşlı bir alim kimi seyr edir baş verənləri.


  

Bütün bunların kölgəsində böyüyən insan,
acizliyinə baxmayaraq işıqlıq həsrəti və ümidlə dolu.
Nə mübarizənin çətinliyi, nə də zamanın məhdudiyyətləri əhəmiyyətlidir onun üçün.
O həmişə daha yeninin arxasında, daha çoxunun təlaşında.
İnsan olmanın gərəyi olan şeyləri unutmadan fərqli xəttlərdə gedir.
Gün gəlir aclıqla imtahan verir,gün gəlir eşqə düşüb yanır.
Bəzən özünü unudub sevdikləri üçün yaşayır, bəzən sevdiklərinin onu yaşatmasını gözləyir.
Gücü çatdığında, xəyalları əlverişli olduqca istəyir.
Bilmək istəyir məsələn, bilinmək istəyir, sevmək-sevilmək istəyir.
Hörmət gözləyir üzlərdən,vəfa-sədaqət müşahidə edir özün göstərməsə belə.
Bunların əskikliyində azalır içində, özündən uzaqlaşır.
Ancaq bunlarla tamamlayır özünü. Bunu bilir və buna görə hərəkət edir.


 

İstəklərin üst-üstə düşdüyü və ya ziddiyyət
təşkil etdiyi yerlərdə də digər insanlarla qarşı-qarşıya gəlir.
Bədənindən qanlar boşalır.
Amma hər şeyə və hər kəsə baxmayaraq,
təkrar yolunu tapmağa çalışır. Keçmişin rəhbərliyində gələcəyə doğru irəliləyir.
Onu kənarlarda gözləyən şeyləri başqa xəyallarla bəzəyib gedir
ölüm deyilən yeni bir başlanğıca.Yəni nə döyüşün çətinliyi,
nə də zamanın məhdudiyyətləri azaldır insanin həyata arzusunu…
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri